
Parlamentari: ŞƏT-lə əməkdaşlıq Azəarbaycanla Çin arasında münasibətlərə pozitiv təsir göstərəcək
10:03 23.04.2025
İqtisadiyyat
484
Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir.
Bu, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanan Birgə Bəyanatda qeyd olunub.
"Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir", - Bəyanatda bildirilib.
Millət vəkili Vüqar Bayramov Sherg.az-a söyləyib ki, Azərbaycan praktik olaraq həm Qərb, həm də Şərqlə əməkdaşlığı gücləndirib:

“Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biridir. Təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatı eyni zamanda regionun ən böyük təşkilatlarından hesab olunmaqla qlobal əhəmiyyət daşıyır. O baxımdan bu çərçivədə həm Çinlə, həm də Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrlə iqtisadi sahədə daha çox əməkdaşlıq və daha çox layihələrin imzalanması, investisiya qoyuluşlarının həyata keçirilməsi mümkündür. Bu nəticə etibarilə həm Azərbaycan Çin arasında münasibətlərə pozitiv təsir göstərəcək, həm də təşkilat üzvü olan digər ölkələrlə əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək. Nəzərə alsaq ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində ciddi artımlar müşahidə olunub. 2024-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 21 faizə yaxın artıb. Bu o deməkdir ki, iki ölkə arasında 3 milyard 744 milyon dollarlıq bir ticarət dövriyyəsi olub. Son illərdə isə ticarət dövriyyəsində artımlar müşahidə olunur. Bu kontekstdən də ondan xəbər verir ki, birmənalı şəkildə sözügedən təşkilat çərçivəsində də biz ölkələr arasında münasibətlərin daha da dərinləşməsini müşahidə edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə