"Qara cümə"lərin bizə aidiyyəti yoxdur: Həmişəki kimi bayramqabağı qiymət artımı hiss olunur
Məlahət Rzayeva
10:49 05.12.2019
İqtisadiyyat
834
Ənənələrə görə, “Qara Cümə” ABŞ-da qeyd olunan Şükran gününün (noyabrın sonuncu cümə axşamı) səhərisi başlayır. 1952-ci ildən bəri həmin cümə bu ölkədə Milad bazarlığının ilk günü sayılır və endirimlərə start verilir. Cümənin “qara gün”ə çevrilməsinin tarixi isə 1960-cı illərə gedib çıxır. Dükanların hava işıqlanmazdan əvvəl açılıb gec bağlanması, alış-veriş küçələrindəki nəqliyyat vasitələri və insan sıxlığının gündəlik həyatı iflic etməsindən bezən insanlar bu günə “qara cümə” deməyə başladılar.
ABŞ-ın bəzi ştatlarında tətbiq olunan bu bayram endirimləri 1990- 2000-ci illərdə bütün ölkəyə yayıldı. Ticarət mərkəzləri və dükanlar erkəndən başlayıb gecə yarıyadək işləyirdilər.
Nəhayət, 2011-ci ildən mağazalar cümə axşamından cüməyə keçən gecədən açılmağa başladı. İnternet alış-veriş saytlarının tətbiqi ilə bu gün beynəlxalq endirim gününə çevrildi və dünyaya yayıldı.
ABŞ Pərakəndə Ticarət Federasiyasının məlumatına görə, bu günlərdə bazarlıq edənlərin sayı 200 milyon nəfərdən, adambaşına xərclənən vəsait isə 400 dollardan çoxdur. Statistikaya görə, ABŞ-ın bütün pərakəndə ticarət dövriyyəsinin təxminən 20 faizi “Qara cümə” və Milad arasındakı günlərə düşür.
Son illər bu gün bir çox insanın həyatında sözün birbaşa mənasında qara cüməyə çevrilib. Mağazaların qarşısında endirim gözləyənlərin yaratığı növbə və qarışıqlıqda ölən və yaralananların olması, oğurluq halları artır. 2006-cı ildən bəri təkcə ABŞ-da bu səbəblərlə 10 ölüm və 111 xəsarət qeydə alınıb. Müsəlmanlar müqəddəs saydıqları cümə günü ilə qara sözünün yanaşı işlədilməsindən məmnun olmadıqlarından bu günə başqa epitetlər qoşublar – “Əfsanə Cümə”, “Möhtəşəm Cümə”, “Gözlənilən Cümə” və s. Ad dəyişsə də, mahiyyət dəyişmir. Həmin gün bütün dünyada olduğu kimi, müsəlman ölkələrin sakinləri də e-ticarətə üstünlük verir.
Amma “Qara cümə”lərin bizə aidiyyəti yoxdu. Baxmayın ki, mağazalar, “butik”lər cəlbedici endirim çağırışları edir. Artıq hamı bilir ki, bunlar aldadıcı çağırışlardır, belə yerlərdən alver edəndə astarı üzündən baha başa gəlir. Bəzi mağazalar isə yeniilqabağı endirim çağırışlarını ingilis dilində yazır. Guya ki, bu şəhərdə hamı ingilis dilini bilir. Azərbaycan insanı bayramqabağı qiymət artımına o qədər alışıqdı ki, endirim kampaniyalarına inanması mümkünsüzdür. Görəsən, bizim sahibkarlar bayramqabağı insanları niyə sevindirmir?
İqtisadçı Natiq Cəfərli Azərbaycanda bayram bazarı ilə bağlı pis ənənə yarandığını bildirdi:
“Həmişəki kimi bayramqabağı qiymət artımı hiss olunur. Xüsusən də ərzaq məhsullarının qiymətində. Bayramqabağı bizdə həmişə belə olur. Bu, uzun illərdir formalaşmış pis bir ənənədir. Başqa ölkələrdə isə bayramqabağı tamam fərqli vəziyyət olur. Bayramqabağı adətən qiymətlərdə endirimlər edilir, məxsusi endirim kampaniyaları təşkil edilir. Əhali bəlkə də bir il gözləyir ki, yeni il yaxınlaşsın və bayram öncəsi satış mərkəzlərində həyata keçiriləcək endirim kampaniyalarından bəhrələnsinlər. İnsanlar ən zəruri malları məhz yeni il öncəsi almağa üstünlük verirlər, çünki məhz bu zaman ucuzluq olur. Amma bizdə vəziyyət tamam əksinədir. Tələbatın artdığı nəzərə alınmayaraq qiymətlərdə bahalaşma gedir. Əslində isə, tələb təkliflə bir addımlamalıdır. Tələbat varsa, ölkəyə daha çox mal gətirilməsinə şərait yaradılmalı və nəticədə qiymətlərin ucuzlaşmasına nail olunmalıdır. Məsələn, elə ölkələr var ki, bayram öncəsi gömrük rüsumlarında endirim edir və bununla da ölkəyə daha çox mal gətirilməsini təmin edirlər. Bizdə belə deyil və ona görə də hər dəfə bayram öncəsi bazarlarda qiymət artımının şahidi oluruq. Doğrudur, hökumət bayram yarmarkaları təşkil edir, yarmarkalara bol çeşiddə məhsulların çıxarılmasına çalışır, amma bilirik ki, bu yarmarkalarda alıcılar ehtiyaclarını tam ödəyə bilmir. Bəzən ucuz, lakin keyfiyyətsiz məhsullar satışa çıxarılır. Bəzən də digər bazarlardakı qiymətlərlə elə də böyük fərq olmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya