Qarabağa aparan dəmiryolları... - “Yenidən qurulacaq və fayda verəcək”
Fidan Həmişəyeva
12:04 08.12.2020
İqtisadiyyat
565
“Azad edilmiş ərazilərimizin iqtisadi potensialı kifayət qədər böyükdür”
“Bu potensialın realizasiyası baxımından dəmiryolu xəttinin qurulması vacib hesab olunur”
“Ona görə də nəqliyyat əlaqələrinin bərpası inkişafa təkan verəcək”
Ümumi uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən bildiriblər. Qeyd olunub ki, hazırda xəttin Bərdə-Köçərli sahəsi fəaliyyət göstərir.
Məlumata görə, Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmiryolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub.
İşğala son qoyulduqdan sonra digər qurumlar kimi "Azərbaycan Dəmir Yolları"nın müvafiq strukturları tərəfindən mənfur düşmənin dəmir yollarına vurduğu ziyanın həcmi hesablanır. Dəmir yollarının bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır.
ADY-dən bildirilib ki, həmçinin ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb".
Qeyd edək ki, noyabrın 24-də Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov işğaldan azad olan ərazilərimizdə dəmir yolu xəttinin bərpasının iqtisadi baxımdan ölkəmizə verəcəyi qazanclar barədə “Sherg.az”a danışıb. Millət vəkili qeyd edib ki, azad edilən ərazilərimizdə nəqliyyatın, eləcə də dəmiryolunun bərpası mühüm əhəmiyyət daşıyır:
“Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Fizuli rayonundan Şuşa şəhərinə yol çəkilişinə başlanıb. Eyni zamanda dəmiryolu xətləri bərpa edilir. Xüsusilə Yevlaxdan birbaşa Qarabağa dəmiryolu xətti, o cümlədən Naxçıvanla Azərbaycanın qərb bölgələrini birləşdirəcək dəmiryolu xəttinin inşası ilə bağlı məsələlər müzakirə edilir.
Təbii ki, istər quru, istər dəmiryolu xətlərinin bərpası Azərbaycan iqtisadiyyatının inkişafı baxımından çox vacibdir. Çünki, iqtisadiyyat birbaşa infrasturukturun, xüsusilə nəqliyyat-logistik xidmətlərin inkişafını tələb edir”.
V.Bayramovun sözlərinə görə, Bərdə-Ağdam dəmiryolu xəttinin yenidən qurulması istiqamətində aparılan işlər imkan verəcək ki, işğaldan azad olan rayonlarımızda yerli və xarici sərmayələrin cəlb edilməsi mümkün olsun:
“Dəmiryolu xəttinin qurulması həmçinin yeni iş yerlərinin açılması baxımından çox vacibdir. Azad edilmiş ərazilərimizin iqtisadi potensialı kifayət qədər böyükdür. Bu potensialın realizasiyası baxımından dəmiryolu xəttinin qurulması vacib hesab olunur.
Ona görə də nəqliyyat əlaqələrinin bərpası işğaldan azad olan torpaqlarımızın qısa zamanda iqtisadi cəhətdən inkişaf etməsinə təkan verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət