Qazaxıstanın Azərbaycan pomidoruna qadağası... - Səbəblər göstərildi
09:27 30.01.2021
İqtisadiyyat
811
Ya Rusiya faktoru var, ya da daxili bazarı qorumaq üçün bu addımı atıblar
Qazaxıstan Azərbaycandan ixrac olunan pomidorda qonur qırışıqlıq virusunun aşkarlandığını iddia edib. Bu səbəbdən Azərbaycan pomidoruna qeyri-müəyyən müddətə qadağa qoyulub.
AQTA məsələ ilə bağlı araşdırmalar aparıb, ictimaiyyətə bildirilib ki, yerli pomidorda qonur qırışıqlıq virusu yoxdur.
Məsələyə münasibət bildirən kənd təsərrüfatı məsələləri üzrə ekspert Qadir Bayramlı "Şərq"ə deyib ki, bu işdə ola bilsin, Rusiyanın da əli var:
"Son zamanlar kənd təsərrüfatı məhsullarımızın idxalına tətbiq edilən qadağaların elmi əsası yoxdur. Bu cür qərarların gələcəkdə Azərbaycana əhəmiyyətli dərəcədə təsiri olmayacaq. Belə məhdudiyyəti bir neçə müddət bundan öncə Rusiyada tətbiq edib. İndi Qazaxıstanın da həmin qadağası göstərir ki, məsələdə başqa səbəb var. AQTA-nın araşdırmaları nəticəsində iddia edilən virusun məhsulda olmadığı ortaya çıxıb. Bu da onu sübut edir ki, Qazaxıstanın bizim pomidorun idxalına qarşı qadağa qoyması siyasi qərardır. Düşünürəm ki, belə məsələlərə gec-tez son qoyulacaq".
Q.Bayramlı qeyd edib ki, Qazaxıstan həm də yerli istehsalı qorumaq məqsədilə də bu addımı ata bilər: "Azərbaycan pomidorunun qiyməti daha ucuz və sərfəlidir. Bazara daxil olduğu zaman rəqabəti olduqca artırır. Belə olan halda yerli pomidora tələbat azalır. Ölkə həmin qərarı yerli məhsullara rəqabəti azaltmaq üçün də verə bilər".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat