Qərara etiraz: “İdxalın məhdudlaşdırılması rəqabət imkanlarını zəiflədir”
Fidan Həmişəyeva
14:52 29.08.2020
İqtisadiyyat
1175
“İkincisi, qiymət yüksəlişi üçün şərait yaranır”
“Üçüncüsü isə yerli istehsalın inkişafı üçün dolayı yolla buxov meydana çıxır”
Nazirlər Kabineti 22 avqust 2020-ci il tarixli, “Fərdi istifadə üçün olan malların ölkə sərhədindən keçməsi ilə bağlı gömrük rüsumlarının toplanmasını tənzimləyən qaydalara dəyişiklik edilməsi barədə” qərar qəbul edib. Qərar Azərbaycanın gömrük ərazisinə güzəştli əsaslarla gətirilə bilən malların ümumi dəyərinin əvvəlki 1500 ABŞ dolları əvəzinə 800 ABŞ dolları olduğuna aiddir.
Əlavə olaraq, fiziki şəxslər tərəfindən digər ölkələrə səfər zamanı Azərbaycan ərazisinə gətirilən mobil telefonlar və ya digər simsiz rabitə avadanlıqlara görə (və ya poçtla çatdırılan) artıq yazılı bəyannamə doldurmalıdır.
Qərar cəmiyyətdə ciddi narazılıq doğurub. Sosial şəbəkələrdə insanların reaksiyasına cavab Azərbaycan Nazirlər Kabinetinin nümayəndələrindən deyil, gömrük işçilərindən gəldi. Nazirlər Kabinetinin qərarında yalnız qiymətlərin bahalaşmasına gətirib çıxarmayacağı ilə bağlı zəif arqument səsləndi.
Dövlət Gömrük Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Sənan Muxtarovun fikrincə, hazırkı qərar daxili bazarda qiymətlərin artmasına səbəb olmayacaq. Çünki dövlətin vəziyyətə nəzarət etməsi və vətəndaşların narahat olmaması üçün kifayət qədər antiinhisar strukturları var.
Qərarla bağlı fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, vətəndaşlar tərəfindən şəxsi istehlakları üçün xaricdən mal gətirmələri proseduruna məhdudiyyət və ya limit tədbiq olunması yerli bazarın və istehsalın qorunmasına xidmət edə bilməz. Əksinə, yalnız və yalnız onun çərçivəyə salınması, inkişafın qarşısının alınması məqsədi daşıya bilər:
“ Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na etdiyi dəyişikliklər məhz bu cür şərh oluna bilər.
Ümumiyyətlə, çox qəribədir: bizdə büdcəyə mədaxil siyasətində vergi və rüsum toplanışı fəailiyyəti əzəldən satış üzərində deyil, "hərəkət, həcm və o cümlədən miqdar" üzərində köklənib. Niyə və nəyə görə? Bunu başa düşmək olmur. Bu, çox səhv mövqe və yanaşmadır”.
İqtisadçı vurğulayıb ki, alıcının heç bir halda hüquqlarını məhdudlaşdırmaq olmaz:
“Hər bir alıcının öz maddi imkanı, seçim səlahiyyəti və iddia hüququ var. Bazarı tənzimləmək və yaxud dövlət büdcəsini doldurmaq məqsədilə sözügedən hüquqlar heç bir halda çərçivəyə alına bilməz.
Digər bir məsələ isə ondan ibarətdir ki, istənilən malın və ya məhsulun ölkəyə idxalı məhdudlaşdırılanda birincisi, rəqabət imkanları tükənir. İkincisi, qiymət yüksəlişi üçün şərait yaranır. Üçüncüsü isə yerli istehsalın inkişafı üçün dolayı yolla buxov meydana çıxır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi