Qızıl bir gündə 86 dollar ucuzlaşıb
Yusif Nəzərli
09:25 05.04.2025
İqtisadiyyat
414
Ötən gün əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 86 dollar ucuzlaşıb.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 2,76% azalaraq 3,035.40 ABŞ dollarına enib. Qızılın əvvəlki qiyməti isə 3 125,6 dollar təşkil etmişdi. Qızılın spot qiyməti isə unsiya üzrə 77,1 dollar və ya 2,47% azalaraq 3,038.24 dollara enib.
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 8,57% və ya 2,74 dollar azalaraq 29.23 ABŞ dollarına bərabər olub.
Analitiklər hesab edirlər ki, qızılın ucuzlaşmasına əsas səbəb tariflərin ABŞ və Çinin qarşılıqlı tarifləri artırması fonunda qlobal ticarət gərginlikləri və qiymətlərin pik həddə çatmasından sonra bəzi investorların mənfəəti reallaşdırmaq üçün qızıl satışının artırması ilə bağlıdır. Bundan əlavə, qlobal maliyyə bazarlarında genişmiqyaslı satış dalğası fonunda investorlar likvidlik əldə etmək üçün müxtəlif aktivləri, o cümlədən qızıl satışı həyata keçirirlər. Bu isə qiymətlərdə enişə səbəb olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat