Qızıl və gümüş fyuçersləri yeni rekord həddə yüksəldi

Nyu York birjasında qızıl və gümüşün qiymətində yenidən rekord artım qeydə alınıb.

Teleqraf xəbər verir ki, buna ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı nəzarətə götürməklə bağlı Avropa ölkələrinə əlavə rüsumlar tətbiq edəcəyi haqqında açıqlaması səbəb olub. Gərginliyin artması fonunda investorlar təhlükəsiz liman aktivlərinə yönəliblər.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 1.65% artaraq 4674 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 5.21% bahlaşaraq 93.14 ABŞ dolları təşkil edib.