Qızıl və gümüşün qiyməti rekord həddə çatdı

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızıl və gümüş füçerslərinin qiyməti tarixi maksimumları yeniləyərək, müvafiq olaraq trua unsiyası (təqribən 31 qram - red.) üçün 4 425 və 69.5 dolları keçib.

Oxu.Az xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 8:17-yə olan məlumata görə, qızılın qiyməti 0.94% artaraq 4428.5, gümüşün qiyməti isə 3.01% artmaqla 69.52 dollara çatıb.

Məlumata görə, ilin əvvəlindən bəri qızıl 62.82%, gümüş isə 137.27% bahalaşıb.