
Qızılın bahalaşması 2026-cı ildə də davam edəcək -PROQNOZ
13:00 22.10.2025
İqtisadiyyat
624
Xalid Kərimli: Qızılın bahalaşması Azərbaycan iqtisadiyyatına iki tərəfli təsir göstərir
Qlobal iqtisadi qeyri-müəyyənlik fonunda qızıl yenidən investorların diqqət mərkəzinə çevrilib. Qiymətlərin rekord həddə çatması bu tendensiyanın təsadüfi olmadığını göstərir. Qızıl, risklərə qarşı sığorta aləti kimi həm fərdi, həm də institusional investorlar üçün önəmli maliyyə alətinə çevrilib. Dünya üzrə mərkəzi bankların artan alımları və maliyyə axınları bu yüksəlişi daha da gücləndirir. Bu proses Azərbaycanın iqtisadiyyatına da bir neçə istiqamətdə təsirlər göstərməkdədir.
İqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında son bir ildə qızılın qiyməti 58%-dən çox artdığını söyləyib:

"Qızıl ilk dəfə olaraq 4100 dollar səviyyəsini keçərək tarixi rekorda imza atıb. Bu artımın əsas səbəbləri arasında dünya üzrə mərkəzi bankların qızıl alımlarını davam etdirməsi və qızıl fondlarına maliyyə axınının güclənməsidir.
Bundan əlavə, dünyada siyasi və iqtisadi qeyri-müəyyənliyin, eyni zamanda gərginliyin səngiməməsi nəticəsində qızıl risk və sığorta aləti kimi daha da cəlbedici olur. Son baş verən hadisələr ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini endirmə ehtimalını da artırıb. Əgər əvvəlki proqnozlara görə FED-in oktyabr ayında faiz endirimi qərarı vermə ehtimalı 90% idisə, bu rəqəm artıq 97%-ə yüksəlib.
ABŞ ilə Çin arasında davam edən ticarət gərginliyi də qızılın qiymətinə təzyiq göstərən əsas amillərdən biridir. Bu gərginlik əmək bazarlarına mənfi təsir edə və FED-in daha yumşaq monetar siyasətə keçməsi ehtimalını artıraraq investorları qızıla yönəldə bilər. Beləliklə, artan narahatlıqlar və qeyri-müəyyənliklər fonunda iri beynəlxalq banklar və analitik şirkətlər qızıl üzrə qiymət proqnozlarını yuxarı istiqamətdə yeniləyir".
Ekspert bütün bu tendensiyalar nəticəsində qızıl alışına marağın artdığını bildirib:
"Görünən odur ki, qızılın bahalaşması 2026-cı ildə də davam edəcək. Qızılın bahalaşması Azərbaycanın iqtisadiyyatına da iki tərəfli təsir göstərir. Müsbət tərəfdən, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) öz ehtiyatlarının 25-26%-ni qızıl aktivlərində saxlayır. Qızılın qiyməti artdıqca, Fondun sərvətinin dəyəri də artır.İkinci müsbət məqam isə ölkənin qızıl ixracı ilə məşğul olan şirkətlərinin maliyyə vəziyyətinin yaxşılaşmasıdır. Qızılın qiymətinin yüksəlməsi bu şirkətlərin gəlirlərinin artmasına səbəb olur.
Mənfi təsir isə əsasən yerli zərgərlik bazarına və istehlakçılara dəyir. İnsanların illik gəlirləri təxminən 7% artsa da, qızılın qiymətinin 58% yüksəlməsi alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır. Xüsusilə də toy və nişan kimi adət-ənənələri yaşadan xalqımız üçün qızıl alışı ciddi maliyyə yükünə çevrilir. Bu vəziyyətdən zərgərlər və qızıl satıcıları da zərər görür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Avropa Azərbaycanın qapısını döyür” - Orxan Yolçuyev (MÜSAHİBƏ)
18:36 16.03.2026
Müsahibə
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət