Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Nyu-York əmtəə birjasının bölməsi olan Comex-də 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir troya unsiyası üçün 4 400 dolları ötərək tarixi maksimumu yeniləyib.

Trend-in xəbərinə görə, bu barədə ticarət platformasının məlumatlarında bildirilir.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 21:18-də qızılın qiyməti 1,05 faiz artaraq bir troya unsiyası üçün 4 407,5 dollar səviyyəsinə çatıb.