Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə edilib

Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə edilib.

"APA-Economics" xəbər verir ki, yanvarın 22-də ABŞ fond bazarlarında Dow Jones indeksi 0,63% artaraq 49 384,01 bəndə, S&P 500 0,55% yüksələrək 6 913,35 bəndə, Nasdaq Composite isə 0,91% artımla 23 436,02 bəndə çatıb.

Avropa bazarlarında da yüksəliş müşahidə olunub. Euro Stoxx 50 indeksi 1,25% artaraq 5 956,17 bənd olub. DAX 1,20% yüksələrək 24 856,47 bəndə, CAC 40 0,99% artaraq 8 148,89 bəndə qalxıb. FTSE 100 indeksi isə sutkanı 0,12% artımla 10 150,05 bənd səviyyəsində başa vurub.

Asiya–Sakit okean regionunda Nikkei 225, TOPIX, Hang Seng, S&P/ASX 200 və MSCI Asia Pacific indeksləri müsbət dinamika nümayiş etdirib. Eyni zamanda, Çinin CSI 300 indeksi 0,35% azalaraq 4 707,04 bəndə enib.

Sutkalıq yüksəliş qlobal bazarlarda risk iştahasının artması, ABŞ-da korporativ nəticələrə dair müsbət gözləntilər və investorların monetar siyasətdə əlavə sərtləşmə ehtimalının azalacağını qiymətləndirməsi ilə izah olunur.