Rusiyanın “pomidor oyunu” ! - “Məhsulun tərkibi bəhanədir"
14:38 14.12.2020
İqtisadiyyat
826
“Dekabrın sonu,yanvarın əvvəlində bayram və tətillərə görə bu ölkə bazarında canlanma müşahidə olunur”
“Azərbaycanın da aylıq hesabatda pomidor ixracatı ən çox həmin dövrə təsadüf edir”
“Ona görə də məlum qərarın verilməsi məhsulların tərkibi ilə bağlı deyil”
Rusiyanın Rosselxoznadzor qurumu dekabrın 10-dan etibarən "zərərvericilərin müəyyənləşdirilməsi" səbəbindən Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Rusiyaya idxal olunan pomidorların 30 faizi məhz Azərbaycandan gəlir.Bu ölkəyə pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.
İndiki kövrək və gərgin vəziyyəti nəzərə alanda Rusiyanın bu addımının heç də birmənalı olmadığını görmək mümkündür.
Sözügedən məsələ barədə “Sherg.az”a danışan iqtisadçı- ekspert Natiq Cəfərli qeyd edib ki, Rusiyanın belə bir addım atması ilk deyil və yalnız Azərbaycana qarşı olmayıb:
“Bu ölkə müxtəlif qonşu dövlətlərə qarşı müəyyən siyasi proseslər baş verərkən bənzər addımlar atıb. Buna misal olaraq Gürcüstan, Moldova vəUkraynanı göstərmək olar".
Ekspertin sözlərinə görə, Rusiya 2016-cı ildən bəri artıq 4-cü dəfədir ki, belə addım atır:
"Azərbaycanla arasında fikir ayrılıqları olan kimi Rusiya təzyiq aləti olaraq kənd təsərrüfatı məhsullarının ölkəyə idxalı ilə bağlı qadağalar qoyur. İndiki məqamda pomidorun seçilməsi təsadüfi deyil.
Qeyri-neft sektoru olaraq pomidor ixracı Azərbaycana ən böyük gəlir gətirən sahədir. Təəssüf ki, ölkəmizin əsas ixrac bazarı da Rusiyadır.
Uzun illərdir çoxşaxəli ixrac modelinə keçə bilmədiyimizə görə şimal qonşumuz bundan istifadə edir.
Dekabrın 10-da məlum qərarın verilməsi də təəccüblü deyil. Dekabrın sonu,yanvarın əvvəlində bayram və tətillərə görə Rusiya bazarında canlanma müşahidə olunur.
Ölkəmizin də aylıq hesabatda pomidor ixracatı ən çox həmin dövrə təsadüf edir. Ona görə də sözügedən qərarın verilməsi məhsulların tərkibi ilə bağlı deyil. Bunlar sadəcə bəhanədir".
AYTAC ALİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə