
SANKSİYA VAR: İran və Rusiyanın qaz razılaşması uğurlu perspektiv vəd etmir - ŞƏRH
Yusif Nəzərli
23:57 22.01.2025
İqtisadiyyat
603
Rusiya və İran rəhbərlərinin görüşündə Rusiyanın İrana qaz ixracının ildə 55 milyard kubmetrə çata biləcəyi bildirilib. Yəqin ki, “55” rəqəmi təsadüfən seçilməyib. Baltik dənizinin dibində Rusiyanın partladılan “Şimal axını-2” boru kəməri ilə Almaniyaya məhz 55 milyard kub metr qaz ixrac edilməli idi.
Ötən ilin yayında isə İranın neft naziri Cavad Ovji İranın bir ildə 110 milyard kubmetr qaz ala biləcəyini demişdi. 110 milyard kubmetr ifadəsi də çox güman ki, təsadüfi deyil. Baltik dənizinin dibində iki boru kəməri partladılıb - “Şimal axını-1” və “Şimal axını-2”. Hər birinin illik ötürücülük gücü 55 milyard kub metr olduğu üçün toplam, 110 milyard kub metrlik gücə sahib idi. Müqayisə üçün qeyd edim ki, bu bizim TANAP kəmərimizdən 6 dəfə, TAP-dan isə təxminən 10 dəfə çoxdur.
Çox maraqlı bir vəziyyət yaranıb. Bu xəyalı gerçək etmək mümkün olacaqmı?

Vəziyyəti təhlil edən iqtisadçı-ekspert Eldəniz Əmirov “Sherg.az”a açıqlamasında deyib ki, Rusiya 47,8 trilyon kub metr qaz ehtiyatları ilə dünyanın birincisi, İran isə 34 trilyon kub metr qaz ehtiyatları ilə dünyanın ikincisidir:
“2021-ci ildə Rusiya 251 mlrd. kub metr, 2023-cü ildə isə təxminən 145 kubmetr qaz ixrac edib. 2 il ərzində sanksiyalar səbəbindən 100 milyard kubmetrdən çox ixracda azalma olub. Deməli, səsləndirilən rəqəmlərin ölçü göstəriciləri elə bu azalma həcmlərindən qaynaqlana bilər. Maraqlı olan odur ki, İran Rusiyada bu qazı necə ixrac edə biləcək? 1234 km uzunluğunda olan “Şimal axını-2” boru kəməri üçün 11 milyard dollardan çox vəsait xərclənb. Rusiyadan İrana uzanacaq kəmərin uzunluğunun bundan dəfələrlə çox olacağı şübhəsizdir. Eyni zamanda bu kəmərin yeni və müasir standartlara cavab verən qaz kəməri olacağını nəzərə alsaq, ən azı bundan 2 dəfə artıq maliyyə vəsaitinin tələb olunacağı şübhəsizdir”.
E.Əmirovun sözlərinə görə, bu gün Şimal-Cənub nəqliyyat dəhlizində infrastrukturun tam yaradıla bilməməsinə görə dəhliz öz potensialının heç 1/5-də birini ortaya qoya bilmir: “Tamamlanmalı olan nəqliyyat xətləri yarımçıq qalıb. Belə olan halda yeni boru kəmərinin inşası üçün 20 milyard dollar üzərində vəsait hardan tapılacaq? Maliyyə çatışmazlığı problemin hamısı deyil. Lap tutaq ki, bir sehirli çubuq sayəsində maliyyə problemi həll edildi, bəs İrana ixrac ediləcək 110 milyard və ya 55 milyard kub metr qazı İran kimə satacaq? Qeyd etdiyim kimi, İran özü dünyanın ikinci neft ehtiyatına sahib ölkəsidir. 2023-cü ildə 252 milyard kubmetr qaz hasil edib ki, bunun heç 1/10 hissəsini ixrac edə bilməyib. Ümumi ixracı cəmi 14 milyard kubmetrlə 9,2 faiz təşkil edib. Çünki sanksiyalar yalnız Rusiyaya aid deyil. Sanksiyaların acı təsirini İran Rusiyadan da çox-çox əvvəl görüb və görməkdədir. Hətta əgər İran alıcı tapıb, Rusiya qazını öz üzərindən ixrac etməyə cəhd göstərərsə, bu da Qərb tərəfindən sükutla qarşılanmaz və sərt sanksiyalar gələr. Nəzərə alaq ki, İrana tətbiq edilən sanksiyalar Rusiya ilə müqayisədə 10 dəfələrlə yumşaqdır. Bütün bu qeyd edilənlər bir daha təsdiq edir ki, iki ölkə arasında böyük həcmdə mavi qaz nəqlinə dair razılaşma heç də uğurlu perspektiv vəd etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm