Saxta yolla pensiya düzəldən məmurlara CƏZA... - “54 milyon az məbləğ deyil”
Fidan Həmişəyeva
13:55 06.08.2020
İqtisadiyyat
883
“Onlar vətəndaşlara saxta sənəd düzəltmək üçün imkan yaradıb”
“Məsələnin kökünə gedilməli, vətəndaşlara bu imkanı yaradan məmurlar cəzalandırılmalıdır”
2020-ci ilin ilk yarısında 54.8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib. Saxta yolla pensiya sənədi düzəldən vətəndaşlara əvvəlki illərdə də rast gəlinirdi. Lakin bu məsələdə diqqət çəkən bir məqam var. Necə olur ki, bu qədər şəxs rahatlıqla istədikləri sənədi düzəldə bilir?
Vacib olan digər məqam isə həmin vətəndaşların cəzalandırılmasıdır. Təbii ki, bu işdə əsas günah məmurların üzərinə düşür. Bu baxımdan onların da cəzalandırılması vacibdir. Rüşvət və qanunsuz hallar olmasa, təbii ki, heç kəs saxta yolla sənəd düzəltdirə bilməz. 54.8 milyon manat həmçinin dövlət büdcəsinə böyük zərbədir. Bu mənada dövlətin gəlirini mənimsəyənlərin cəzalandırılması olduqca vacibdir.
Mövcud durumla bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Qadir İbrahimli bildirib ki, günah vətəndaşlarda yox, onlara saxta pensiya təyin edən məmurlardadır. Ekspertin fikrincə, məmurlar vətəndaşlara saxta sənəd düzəltmək üçün imkan yaradıb:
“Daha çox məmurlara qarşı mübarizə aparmaq lazımdır. Onlar həbs olunub cəzalanmırsa, saxtakarlıqda ittiham olunmursa, belə hallar yenə yaşanacaq. 54 milyon manat az məbləğ deyil. Həmin məmurlar həbs edilməyənə qədər və ən əsası pensiyaların, əlilliyin təyin olunması prosesi şəffaf olmadıqda bu hallar həmişə baş verəcək.
Saxta pensiya alan vətəndaşlara haqq qazandırmıram. Lakin onların günahı 20 faizdir.
80 faiz günah məmurların üzərindədir. Heç kəs durduğu yerdə və rahat şəkildə saxta pensiya düzəltdirə bilməz. Kimsə görüb ki, “ASAN” Xidmətdə kiməsə saxta sənəd düzəlsinlər və ya rüşvət alsınlar? Əlbəttə, yox. Çünki həmin qurumlarda proseslər şəffafdır.
Qeyri-şəffaf fəaliyyət göstərən qurumlar isə qanunsuz fəaliyyət göstərir. Bu məsələnin kökünə getmək lazımdır. Vətəndaşlarla yanaşı, onlara bu imkanı yaradan məmur zümrəsi cəzalandırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm