“Şəhid ailələrinə və qazilərə sosial dəstək veriləcək”
12:58 12.11.2020
İqtisadiyyat
1108
Noyabrın 11-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüb. Görüş zamanı müxtəlif məsələlərə toxunan ölkə başçısı hərbçilərimizə göstərilən diqqət və qayğıdan da söz açıb. Prezident qeyd edib ki, indi həyatımızda yeni dövr başlayır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək:
“Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız, amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz gecə-gündüz çalışır.
Daha sonra normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün müasir protezlər gətirilir. O protezlər ki, onlarla insanlar futbol da oynaya bilərlər.
Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızda mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm ki, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaq. Biz bunu daim nəzərdə saxlayacağıq. Şəhid ailələrinin problemləri öz həlini tapacaq. Biz demək olar ki, növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək.
Bu gün burada göstəriş verirəm bizim bütün aiddiyyəti qurumlarımıza ki, İkinci Qarabağ müharibəsi "Vətən müharibəsi" adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir. Eyni zamanda dəqiq uçot aparıldıqdan sonra onlara mənzillərin evlərin verilməsi təmin ediləcəkdir".
"Müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim, siz təbrik edim", - deyə Azərbaycan Prezidenti əlavə edib.
Bununla bağlı "Sherg.az"a iqtisadçı-ekspert Fikrət Yusifov danışıb.
"Təbii ki, Azərbaycan dövləti tərəfindən Qarabağ uğrunda şəhid verən ailələrə, yaralanmış insanlara sosial dəstək veriləcək, onlara köməklik göstəriləcək. Son illər ərzində xeyli sayda mənzillər tikilibdir.
Birinci Qarabağ savaşında iştirak etmiş qazilərə, məcburi köçkünlərə evlər verilib. Azərbaycan sosial dövlətdir və onun bu proqramı yüksək səviyyədə reallaşdırmağa maddi imkanları yetir.
Hesab edirəm ki, bu proseslər ölkə başçısının nəzarəti altında yüksək səviyyədə təşkil olunacaq və hər kəs dövlətdən zəruri olan yardımları alacaq".
Sücayət Mehtili
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual