
Sezer Kahyaoğlu: Türkiyədə inflyasiya ilə mübarizə qətiyyətlə davam etdirilir
13:12 08.10.2025
İqtisadiyyat
712
Konjonktural meylə uyğun olaraq qiymətlərdə aşağı yönlü hərəkət və inflyasiyada azalma müşahidə oluna bilər
Türkiyədə inflyasiya ilə mübarizə tədbirləri dövlət səviyyəsində davam etdirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında iştirak üçün Azərbaycandan qayıdarkən jurnalistlərə verdiyi açıqlamada, ilin əvvəlindən etibarən inflyasiyada əhəmiyyətli azalma gözlədiklərini və iqtisadi proqramın artıq öz bəhrəsini verməyə başladığını vurğulayıb. Orta Müddətli Proqram və Türkiyə Cumhuriyyəti Mərkəzi Bankının açıqlamaları da bu istiqamətdə atılan addımların təsirini göstərir. Bununla belə, beynəlxalq bazarlardakı qiymət dalğalanmaları və daxili sektoral dəyişkənliklər inflyasiya üzərində hələ də müəyyən təsirlərini saxlayır. Xüsusilə ticarətə mövzu olmayan mallar sektorundakı qiymət dəyişiklikləri inflyasiya göstəricilərinə əhəmiyyətli təsir göstərməkdədir. Bu səbəbdən, daxili bazarların və sektoral dinamikaların yaxından izlənməsi inflyasiyanın idarə olunmasında böyük önəm daşıyır.
Bakırçay Universiteti İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin dosenti, iqtisadiyyatçı Sezer Bozkuş Kahyaoğlu Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:

"Türkiyədə Orta Müddətli Proqramla yanaşı TCMB-nin (Türkiyə Cumhuriyyəti Mərkəzi Bankı) açıqlamaları nəzərə alındıqda, inflyasiya ilə mübarizə qətiyyətlə davam etdirilir. Tətbiq olunan siyasətlər çərçivəsində ümumi inflyasiya meylində əhəmiyyətli bir azalma müşahidə olunur. Bununla yanaşı, mövcud konjonkturanın təsiri və beynəlxalq bazarlarda yaranan nisbi qiymət dalğalanmalarının daxili qiymətlərə ötürülməsi nəticəsində aylıq qiymətlərdə gözlənilməyən təsirlər meydana gəlib. Lakin, bu təsirlərin aradan qaldırılması üçün tətbiq oluna biləcək siyasətlər məhduddur. Bu nöqtədə, ticarətə mövzu olmayan mallar sektorunda baş verə biləcək qiymət dəyişikliklərinə qarşı tədbirlərin həyata keçirilməsi inflyasiyanın aşağıya doğru hərəkətinə səbəb ola bilər.
Ticarətə mövzu olmayan mallar sektorunun inflyasiya üzərində təsirinin yüksək olduğu deyilə bilər. Bu da, xüsusilə mənzil və təhsil xərclərindəki qiymət azalması ilə bağlı olaraq inflyasiyada azalma meylinə səbəb olacaq".
Ekspert bu konjonkturanın yaranmasına səbəb olan dəyişkənliklərin yaxından izlənməsinin faydalı olacağını söyləyib:
"Gözləntimiz ondan ibarətdir ki, bu konjonktural meylə uyğun olaraq qiymətlərdə aşağı yönlü hərəkət və inflyasiyada azalma müşahidə oluna bilər. Bu aspektdən qiymətləndirildikdə, daxili bazarlardakı qiymət meylləri daha önəmli olacaq. İqtisadi sabitlik davam edir və TCMB-nin açıqlamaları da bu istiqamətdə bazara məlumat və güvən verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya