"Siqaret istehsalının artımı xarici bazar üçün nəzərdə tutulub" - Ekspert
Məlahət Rzayeva
12:25 29.10.2019
İqtisadiyyat
695
Azərbaycanda siqaret istehsalı kəskin artacaq. Azərbaycanda gələn il 10 mlrd. ədəd siqaret və papirosların istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə iki dəfə çoxdur.
Bu, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə 5 mlrd. ədədə yaxın siqaret və papirosların istehsalı nəzərdə tutulub.
Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2021-ci ildə ölkədə 10 156 mln. ədəd, 2022-ci ildə – 10 370,2 mln. ədəd, 2023-cü ildə isə 10 648,8 mln. ədəd siqaret və papirosların istehsal olacağı gözlənilir. 2018-ci ildə Azərbaycanda 4 949,7 mln. ədəd siqaret və papiros istehsal edilib.
Bundan başqa, proqnozlara əsasən, respublikada fermentləşdirilmiş tütünün də istehsalında artım dinamikası qeydə alınacaq. 2023-cü ilədək 8 778,7 ton fermentləşdirilmiş tütün istehsal olunacağı gözlənilir.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun mövcud olduğu, tütün məhsullarının, siqaretlərin sağlamlığa ciddi təhlükəsi, insan həyatını təhdid etməsi ilə bağlı sosial çarxların yayımlandığı, siqaretdən imtinaya çağırışlar edildiyi vaxtda siqaretin istehsalının kəskin artırılması hansı məntiqə söykənir?
İqtisadçı Fuad İbrahimov “Şərq.az”a açıqlamasında siqaret istehsalının artırılmasının ixrac potensialına hesablandığını bildirdi:
"Tütün məmulatlarının istehsalı qeyri-neft sektoruna aiddir. İxrac potensialını artırmaq da Azərbaycan iqtisadiyyatının prioritetlərindəndir. Tütün məmulatlarının istehsalını artırmaq da bu məqsədə xidmət edir. Bu qəbildən olan məhsullar ixrac üçün nəzərdə tutulur. Yəni tütün məmulatlarının istehsalının artırılması daxili istehlakçıya istiqamətlənməyib, ixraca yönəlib. Əslində, bununla bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti rəsmi açıqlama verməliydi ki, əhalidə çaşqınlıq yaranmasın. Təəssüf ki, bizdə belə təcrübə yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə