Somalidən Azərbaycana gətirilən ətlərlə bağlı RƏSMİ AÇIQLAMA

"Somalidən Azərbaycana satış məqsədilə heç vaxt ət məhsulları gətirilməyib".

Sherg.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sədri Əli Nəbiyev mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən deyib.

O bildirib ki, yalnız Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanına müxtəlif ölkələrdən ət məhsulları gətirilir.

"Səudiyyə Ərəbistanı səfirliyinin dəstəyi ilə ötən il ölkəmizə qeyri-kommersiya məqsədilə 45 tona yaxın ət məhsulu gətirilib. Bu ət məhsulları qurban ətləri olub və ölkəyə humanitar məqsədlə gətirilib", - o əlavə edib.

Qeyd edək ki, son dövrlər mediada Azərbaycana Somalidən ət gətirildiyi ilə bağlı məlumatlar yayılıb.