“Sosial yardımın yerinə uşaq pulu verilsin!” – Parlamentə şikayətlər çoxalıb!
Fidan Həmişəyeva
17:34 09.09.2020
İqtisadiyyat
2448
"Ünvanlı sosial yardımla əlaqədar problemlər var. Bu vəsaitlər yerlərdə əhaliyə çatmır”
“Uşaq pulu isə belədir ki, konkret olaraq uşaqların sayı müəyyən edilir. Həmin saya uyğun olaraq vəsaitlər ayrılır”
“Heç bir problem və mənimsəmələr ola bilməz”
Uşaq pulu məsələsi yenidən gündəmdədir. Hətta bu günlərdə parlamentdə uşaq pulunun bərpasının müzakirəsi üçün işçi qrupun yaradıldığına dair məlumatlar yayıldı. Daha sonra isə ictimaiyyətə təqdim edilən informasiyanın yanlış olduğu bildirildi. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur.
Buna baxmayaraq məsələ ictimaiyyətdə daim müzakirə olunur. Aztəminatlı ailələri uşaq pulunun verilib-verilməyəcəyi maraqlandırır. Parlament üzvləri də məsələ ilə əlaqədar müəyyən təkliflər verib. Lakin son nəticənin necə olacağı məlum deyil.
Vətəndaşları maraqlandıran suallarla bağlı “Sherg.az”a danışan millət vəkili Vahid Əhmədov bildirdi ki, uşaq pulunun verilməsinə dair müraciətlər yetərincə çoxdur. Deputat bu məsələnin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi səviyyəsində də müzakirə edildiyini diqqətə çatdırıb:
“Nazirliyin uşaq pulu ilə bağlı öz arqumentləri var. Onların bizə verdiyi təkliflərə görə, indi ölkəmizdə ünvanlı sosial yardımlar verilir. Ona görə də uşaq pulunun ünvanlı sosial yardımın içində olduğunu əsas gətirirlər. Bizim arqumentimiz isə budur ki, ümumiyyətlə ünvanlı sosial yardımla əlaqədar problemlər çoxdur. Bu vəsaitlər yerlərdə əhaliyə çatmır, vətəndaşlardan əlavə arayışlar istəyirlər.
Məlumdur ki, indi onlayn sistem var. Lakin yenə də ünvanlı yardımlar və digər məsələlərlə bağlı şikayətlər var. Uşaq pulu isə belədir ki, konkret olaraq uşaqların sayı müəyyən edilir. Həmin saya uyğun olaraq vəsaitlər ayrılır. Burada heç bir problem və mənimsəmələr ola bilməz”.
V.Əmədov uşaq pulunun yenə də Milli Məclisdə gündəmdə olduğunu vurğulayıb:
“Parlamentdə müzakirələr aparılır. Çünki millət vəkilləri mütəmadi olaraq bu məsələyə toxunurlar. Uşaq pulu ilə əlaqədar daha çox seçicilər öz iradlarını bildirirlər. Onlar uşaq pulunun niyə verilmədiyini soruşurlar”.
Parlament üzvü qeyd edib ki, uşaq pulu ilə bağlı müraciətlər həddindən artıq çoxdur:
“Məsələ gündəmdən çıxmır. Amma son qərarın nə olacağını öncədən demək çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şri-Lankada həbsxanada üsyan olub, ölən və yaralananlar var
11:59 06.07.2026
Dünya
Şuşada çərkəz musiqiləri ifa edilib
11:35 06.07.2026
Mədəniyyət
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə