TAP demək olar ki, tamamlandı
Turan
08:29 30.07.2020
İqtisadiyyat
751
Bu, Cənub Qaz Dəhlizinin açılması yolunda daha bir mərhələdir
TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq
Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri üzrə qaynaq işləri tamamlanıb. Bu da o deməkdir ki, TANAP boru kəmərinə qoşulan hissədən İtaliyadakı qəbul terminalınadək 878 kilometrlik boru kəməri artıq birləşib. Bu, Cənub Qaz Dəhlizinin açılması istiqamətində daha bir mərhələdir. İyun ayına olan məlumata görə, TAP boru kəməri layihəsi üzrə işlərin 97 faizi yekunlaşıb. Ötən ay kəmərin Adriatik dənizindən keçən 105 kilometrlik hissəsinin inşası müvəffəqiyyətlə tamamlanıb.
Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb. Daha sonra sınaq işləri Yunanıstan hissəsinin hamısında başa çatıb. TAP-ın quru hissəsində, Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların hamısı torpağa basdırılıb. İtaliyadakı təbii qazın qəbulu terminalının tikinti işlərinin isə təqribən 70 faizi başa çatıb. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.
İqtisadçı-ekspert Fuad İbrahimov “Şərq”ə açıqlamasında deyib ki, TAP qlobal əhəmiyyətli lider layihələrdən biridir. İqtisadçının sözlərinə görə, magistral qaz kəməri hansı ölkənin ərazisindən keçirsə, ilk növbədə həmin dövlətlərin iqtisadi maraqlarına toxunur:
“TAP “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı boru kəməridir və TANAP-ın davamıdır. Layihə bir çox ölkənin diqqət mərkəzindədir. Düzdür, hazırda koronavirus pandemiyası əksər ölkəni iqtisadi tənəzzülə məruz qoyub.
Ancaq Azərbaycan tərəfinin birbaşa təşəbbüsü və dəstəyi nəticəsində pandemiya dövrünə baxmayaraq, mühüm layihə demək olar ki, tamamlanıb. Bu da enerji proyektinin Avropa üçün olduqca böyük əhəmiyyət kəsb etdiyinin göstəricisidir. TANAP və TAP sadəcə bizim region üçün deyil, Avropa qitəsi üçün prioritet məsələdir”.
F.İbrahimov xatırladıb ki, layihə üzrə kapital xərclər 4,5 milyard avrodur:
“Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq. Bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya