Təhsil müddəti əmək pensiyası stajına daxil edilib
23:57 21.09.2020
İqtisadiyyat
1703
Amma bu, dövlətlə yanaşı, həm də özəl təhsil müəssisələrində oxuyanlara da şamil olunmalıdır
"Azərbaycanda artıq təhsil müddəti də ümumi pensiya stajına daxil ediləcək". Bunu DSMF-nin əməkdaşı Ayxan Məcidli sosial şəbəkədə keçirdiyi onlayn brifinqdə bildirib. O qeyd edib ki, 2006-cı ilə kimi vətəndaşların pensiya təminatı haqqında əvvəlki qanun qüvvədə idi: "Həmin ilə qədər kim pensiyaya çıxıbsa, onların təhsil müddəti ümumi stajda nəzərə alınıb. Lakin 2006-cı ildən sonra hazırkı əmək pensiyaları haqqında yeni qanun qüvvəyə mindi. Həmin qanunun 21-ci maddəsinə əsasən, burada sığorta stajı müddəti öz əksini tapıb. Lakin son illər nazirlik tərəfindən islahatlar həyata keçirilir. Təhsil müddəti ilə bağlı xeyli müraciətlər olduğuna görə, yenə təhsil müddəti əmək pensiyası stajına daxil edilib".
O bildirib ki, əgər 5-6 il əvvəl vətəndaşlar pensiya üçün müraciət edərkən, onların təhsil müddəti nəzərə alınmayıbsa, yenidən DSMF-yə müraciət edib həmin müddəti pensiya stajına əlavə etdirə bilərlər. Təhsil müddətinin pensiya kapitalına təsirinə gəlincə isə, DSMF rəsmisi bildirib ki, 2006-cı ilə kimi pensiya üçün əsas staj nəzərə alınırdısa, 2006-cı ildən sonra fərdi hesabda toplanan vəsait nəzərə alınır.
Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, təhsil müddətinin ümumi stajda nəzərə alınmasının müəyyən üstünlükləri var. İqtisadçı hesab edir ki, bir çox ölkələrdə belə yanaşma var:
"Beynəlxalq təcrübəni götürəndə müəyyən ölkələrdə təhsil sisteminin staj kimi sayılması məsələsi var. Bu, erkən təqaüdə çıxmaq üçün də müəyyən üstünlüklər verir. Sadəcə, problem ondan ibarətdir ki, Avropadan və Amerikadan fərqli olaraq bizdə insanların tez təqaüdə çıxmaq istəkləri olmur. Daha çox işləməyə, iş yerlərində qalmağa çalışırlar.
Bunun da səbəbləri var. Əsas səbəb təbii ki, maaşların təqaüdlərdən daha çox olması ilə əlaqədardır. Ona görə də bizdə bu təsdiq olunarkən düşünürəm ki, bir çox ölkələrin təcrübələri öyrənilməlidir. Daha erkən təqaüdə çıxmaq böyük üstünlüklər verir. Digər ölkələrdə ortalama götürsək, onlar əmək haqqının ən azı 80 faizini təqaüd kimi alırlar. Ona görə də təqaüd yaşını artıranda Avropada insanlar ciddi mitinqlər edirlər".
Ekspert hesab edir ki, qanun hazırlanarkən, bu, dövlətlə yanaşı, həm də özəl təhsil müəssisələrində oxuyanlara da şamil olunmalıdır:
"Çünki özəl qurumlar əgər dövlət lisenziyası ilə fəaliyyət göstərirlərsə, həmçinin dövlətin təhsil proqramı ilə öz təhsil sistemini ona uyğunlaşdırırlarsa, bu zaman təbii ki, onlara da aid edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qəlb cəbhəsi” kitabının təqdimatı olub -FOTO
20:46 03.03.2026
Ədəbiyyat
“Akopyan qərarsızların səsini toplaya bilər” - Fuad Abbasov
20:39 03.03.2026
Gündəm
Aİ və Körfəz ölkələri regiondakı gərginliyi müzakirə edəcək
20:14 03.03.2026
Dünya
“Xamenei getsə də sistem çökməyəcək” - Tural Abbaslı
19:55 03.03.2026
Müsahibə
Qətər İrana zərbələr endirib
19:44 03.03.2026
Dünya
Pərviz Şahbazov və Aİ-nin komissarı birgə bəyanatla çıxış ediblər
19:35 03.03.2026
Siyasət
Bakı metrosunda sərnişindaşıma 5%-ə yaxın artıb
19:00 03.03.2026
Dünya
Soçidə ard-arda zəlzələ olub
18:38 03.03.2026
Hadisə
İranda Ekspertlər Məclisinin binası hədəfə alınıb
18:15 03.03.2026
Gündəm
“Regionu qarşıda od-alovlu günlər gözləyir” - Siyasi şərhçi
18:05 03.03.2026
Siyasət
Həmid Herisçi tezliklə İrandan Azərbaycana qayıdacaq
17:59 03.03.2026
Cəmiyyət
Oman Sultanı Qazaxıstana səfər edəcək
17:55 03.03.2026
Dünya
Nazir: CQD böyük gəlirlər gətirən strateji layihədir
17:53 03.03.2026
Aktual
Sosial şəbəkələrdə müsbət dəyişiklik olacaq - EKSPERT
17:52 03.03.2026
Texnologiya
Rusiya ordusu Donetskdə irəliləyir
17:45 03.03.2026
Dünya