Türkiyə ilə bank sahəsində əməkdaşlıq !- “Üzən məzənnə rejiminə keçid...”
10:12 22.12.2020
İqtisadiyyat
650
Azərbaycan Mərkəzi Bankı(AMB) ilə Türkiyə Mərkəzi Bankı (TMB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İmzalanan Memoranduma əsasən bu təşkilatlar arasında mərkəzi bankçılığın müxtəlif istiqamətlərində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur.
Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də mərkəzi bankçılıq məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaqdır.
Bununla bağlı "Sherg.az"a fikirlərini bildirən iqtisadçı- ekspert Rəşad Həsənov qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində daha çox təcrübə paylaşımından söhbət gedir:
"Həmin sənəd əməkdaşlığın inkişaf etdirilməsi, təcrübənin bölüşdürülməsi, ötürülməsi istiqamətində əlverişli imkanlar yaradıb, prosesi daha da sürətləndirəcək.
Düşünürəm ki, bu , AMB-nin yaxın 5 il ərzində daha liberal şərtlər daxilində humanitar məzənnə siyasəti həyata keçirməsi üçün qardaş ölkənin təcrübəsini dərindən öyrənməyə şərait yaradacaqdır.
Türkiyə ilə ilə bank sahəsində olan əməkdaşlığımız Azərbaycanın orta və uzunmüddətli dövrdə üzən məzənnə rejiminə keçməsi prosesinə müəyyən töhvə verə bilər".
AYTAC ALİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət