Fransız avtomobil markası Peugeot 2025-ci ili Türkiyədə 86 min 459 avtomobil satışı ilə başa vuraraq öz tarixi rekordunu yeniləyib.
Sherg.az xəbər verir ki, bu göstərici ilə Türkiyə, Peugeotun ən çox satıldığı dünyada üçüncü ölkə olub.
Peugeot Türkiyə Direktoru Gupse Kaplan bildirib ki, marka Türkiyə bazarında 6,3 faiz pay əldə edib. Yüngül ticari avtomobil satışları isə 26 min 661 ədəd təşkil edib və bu seqmentdə Peugeot Türkiyə bazarında 4-cü sırada yer alıb.
Kaplan vurğulayıb ki, Türkiyə artıq Peugeotun qlobal miqyasda ilk 3 bazarından biridir. Yüngül ticari avtomobillər üzrə isə Türkiyə dünyada ikinci yerdə qərarlaşıb.