Türkiyədə servis haqqı ləğv edildi

Türkiyədə restoranlar, kafelər, şirniyyat dükanları və oxşar qida-içki xidməti göstərən müəssisələrin istehlakçılardan servis haqqı, masa haqqı və digər adlar altında əlavə ödəniş tələb etməsi qadağan olunub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Bildirilib ki, tarif və qiymət siyahısında göstərilən məbləğlərdən başqa hər hansı əlavə haqqın alınmasına yol verilmir. Restoran, kafe və qida-içki xidməti göstərən oxşar obyektlərdə istehlakçılardan “servis haqqı”, “masa haqqı”, “örtük haqqı” və ya digər adlar altında əlavə ödəniş tələb edilə bilməz.

Vurğulanır ki, bu qadağa 22 may 2003-cü il tarixli və 4857 saylı Əmək Məcəlləsinin 51-ci maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilir.