Türkiyədən Çinə gedən ilk ixrac qatarı Bakı Limanına çatıb
10:59 10.12.2020
İqtisadiyyat
407
Türkiyədən Çinə gedən ilk ixrac qatarı dekabrın 10-da Bakı Limanına çatıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 4-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyədən Çinə ilk ixrac qatarı yola düşüb. İstanbuldan yola düşən qatar 8693 kilometr yol qət edəcək və Bakı Limanından Qazaxıstanın Aktau limanına yola salınacaq.
Qatar Türkiyə daxilində İstanbul (Marmara)-Köseköy-Ankara-Sivas-Qars xətti ilə hərəkət edib, Axalkalaki stansiyasından isə ölkə xaricindəki nəqliyyat şəbəkəsinə qoşularaq Gürcüstan-Azərbaycan-(Xəzər dənizindən keçid)-Qazaxıstandan keçməklə Çinin Sian şəhərinə gedəcək. 42 konteynerdən ibarət qatar vasitəsilə soyuducu daşınır.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə, Türkiyə Dövlət Dəmir Yollarının dəstəyi ilə İstanbuldan Siana yola salınan ilk ixrac qatarının operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – "ADY Konteyner" (Azərbaycan), "KTZ Express" (Qazaxıstan), "GR Logistics" (Gürcüstan) və "Pasifik Eurasia Logistics" (Türkiyə) şirkətləridir.
Sayca birinci olan yük karvanı Bakı Limanından Aktau limanına operatoru “ADY Konteyner” şirkəti olan “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılacaq.
Qeyd edək ki, yük qatarı təyinat məntəqəsi olan Sian şəhərinə ümumilikdə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək çatacaq.
Bu qatarlar 2021-ci ildən başlayaraq, ayda iki dəfə olmaqla müntəzəm olaraq hərəkət edəcək. Layihəni “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi çərçivəsində uğurlu əməkdaşlığının nəticəsi hesab etmək olar.
Xatırladaq ki, cari il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Xəzər dənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə 11 min 680 TEU konteyner daşınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət