Un bahalaşdı ! – Süni artım, yoxsa iqtisadi zərurət? - İzah olunur
16:04 12.01.2021
İqtisadiyyat
921
Nazim Bəydəmirli: “Enerji daşıyıcılarının qiyməti artanda bu, kənd təsərrüfatı və çörəyin istehsalına təsir göstərir”
“Ölkə daxilində 300 min tondan aşağı buğda istehsalı azalıb. Biz buğdanı Rusiyadan idxal edirik, lakin orada buğdanın qiyməti artıb”
“Məncə, bu sahibkarlara əlavə problem yaşadır”
Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Toplantıda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Belə izah edilib ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Görünür, yanacağın bahalaşması ilk “nəticə”sini verib. Tanınmış jurnalist Zülfiyyə Quluyeva Feysbuk profilində yazıb ki, unun 1 kisəsinin qiymətinin 27 manatdan 33 manata qalxıb.
Maraqlıdır, məlum bahalaşmadan sonra un məhsullarının da qiyməti yüksələ bilərmi?
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Nazim Bəydəmirlinin qənaətincə, siravi vətəndaşlar da bilirlər ki, enerji daşıyıcılarının qiyməti artanda bu, kənd təsərrüfatına, çörəyin istehsalına təsir göstərir:
“Ölkə daxilində 300 min tondan aşağı buğda istehsalı azalıb. Biz buğdanı Rusiyadan idxal edirik, lakin orada buğdanın qiyməti artıb. Məncə, bu sahibkarlara əlavə problem yaşadır.
Hökumət nümayəndələri özləri qiyməti artırırlar. O baxımdan bunu bazarla əlaqələndirmək və ya sahibkarları “qaralayıb” süni qiymət artımı demək doğru deyil.
Bu, inzibati yollarla sahibkara təzyiq göstərmək anlamına gəlir və bazar iqtisadiyyatına, kommersiya fəaliyyətinə müdaxilə deməkdir. Əslində belə reydlər “gözə kül üfürmək” məqsədi daşıyır. Ümumiyyətlə, bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Sahibkar fəaliyyətindən gəlir əldə edərək dövlətə vergi ödəməlidir. Onun başqa məsuliyyəti yoxdur, qiyməti bazar təyin edir. Təssüflənirəm ki, hökumətin “iqtisadiyyatçıları” bunu belə başa düşürlər.
Ekspert onu da əlavə edib ki, hökumət iqtisadi fəaliyyəti stimullaşdırmalı, kreditlərin dərəcələrini aşağı salmalı və iqtisadi fəaliyyətə təşviqedici addımlar atmalıdır:
“Xərclər azalmalı, Nazirlər Kabineti kiçilməli və bir-birini təkrar edən qurumlar ləğv edilib birləşdirilməlidir. Belə olan halda tariflər və enerji daşıyıcılarının qiymətlərinin azaldılması mümkündür. Büdcə xərclərini qarşılamaq üçün çox asan yol seçirlər: tarifləri artırırlar. İqtisadi fəaliyyəti stimullaşdırsaydılar sahibkarlar çox məhsul istehsal edib və gələn gəlirləri vergi kimi dövlət büdcəsinə yönəldə bilərdilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə