"Ünvanlı sosial yardımı mütləq kasıblar almalıdır" – Zahid Oruc
Turan
14:15 19.05.2020
İqtisadiyyat
1313
“Azərbaycan dövlətinin sosial siyasəti fədakarlıq nümunəsidir. Pandemiya dövrü bunun ən yüksək nümayişi oldu. Xatırlatmaq istərdim ki, ünvanlı sosial yardım siyasəti 12 il əvvəl başlayarkən uşaq pulu adlanan müavinətlərin daha rasional və ünvanlı olmasını təmin etmək məramı idi”.
"Sherg.az" xəbər verir ki, bu sözləri parlamentin iclasında Komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, məhz ehtiyac meyarından aşağı durumda yaşayan sosial qruplara bu yardımın edilməsi başlıca məram idi. Lakin açıq desək, ötən illər hər hansı fəaliyyətin təftiş etmədən deyək ki, yardımlar bir sıra halda ünvansız olub. Kasıb ailələr əvəzinə imkanlı şəxslər həmin yardımdan bəhrəlmişlər ki, bu da haqlı narazılıqlar yaradır. Halbuki, dövlətin iradəsi və ön yüksək yardım proqramlarını tətbiq etməsi sahəsində prezident İlham Əliyevin ən qabaqcıl liderlərdən biridir:
“Bu sahədə qəyyumluq, ələ baxımlığın aradan qaldırılmasından qabaq bir çox suallara cavab vermək lazımdır. Məsələn, mənim təmsil etdiyim Bərdə rayonunda yardım alan ailələrin sayı Masallı ilə müayisədə az qala 4 dəfə geri qalır. Rəqəmlərə diqqətlə baxdıqda hər şey aydın olur. Qarabağın ən ağır humanitar yükünü üzərində daşıyan Bərdədə həmin ailələrin sayı 1200, Masallıda isə 6000 ailə təşkil edir. Söhbət ondan getmir ki, digər bölgələrdə süni azaldılma getsin.
Məsələ ondadır ki, işsizlik statusunun alınması üçün reallıqda baş verən sıra neqativ hallar burada başlıca rol oynayıb. Bəs onda sosial ədalət? Ölkə rəhbərinin son çıxışlarının əsas və prinsipial xəttini məhz bu ideyanın Azərbaycanda gerçəkləşdirilməsi təşkil edir. Beləliklə, parlament dilinə çevirsək, orta aylıq əməkhaqqı yüksək olan rayonlarda yardım alanların sayı həmin göstərici aşağı olan rayonlardan az adam onu alır”.
Komitə sədri daha sonra qeyd edib ki, alterantiv siyasətlə yardım alanları normal iş rejiminə qaytarmaq lazımdır:
“Söhbət ondan gedir ki, özünüməşğulluq prorqamı və ya ictimai işlər həmin yardım alanları daimi və normal məşğulluq fəalliyyətinə cəlb edilməsinin effektivliyini dəyərləndirmməyə çalışmalıyıq. Diqqət edin, 7800 ailə əvəzinə 12000, yaxud 50 min ailə üzərinə 90 minə çatan dövlət sosial siyasət proqramlarını məhz ölkə rəhbəri irəli sürüb.
İndi isə Nazirliyin təqdim etdiyi hesabatdan görünür ki, ictimai işlərə cəmi 61 min insan müraciət edib. Bu necə ola bilər, həqiqətənmi insanlar işləmək istəmir? İcra hakimiyyəti başçılarının həbsləri göstərdi ki, həmin ictimai işlərə canatım nə üçün aşağıdır. Söhbət ondan gedir ki, digər rayonlarda da vəziyyət eynidir. Halbuki, yardım siyasətinin alternativi insanlara iş yerini özünün açması şəraitini təmin etməkdir. İş yerini vətəndaş özü rahat bir şəkildə açanda dövlətin yükü azalacaq!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya