Uzun illər kənd təsərrüfatına perspektivsiz sahə kimi baxılıb, amma indi vəziyyət dəyişib
Şəymən Bayramova
08:47 28.05.2020
İqtisadiyyat
1615
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi aqrar sektorun inkişafı uğurla həyata keçirilir.
Mayın 22-də “Signify” şirkətinin rəhbər nümayəndələri ilə keçirilən videokonfransda Prezident İlham Əliyev bu məsələyə də diqqət ayırıb. Ölkə rəhbəri qeyd edib ki, bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük.
Qeyd edək ki gənclərin aqrar sektora yönəlməsi təkcə bu sahənin prioritet istiqamətə çevrilməsindən deyil, həmçinin gənclərin sahəyə marağının artmasından xəbər verir.
Aqrar sahənin inkişafı ölkədə prioritet vəzifə olduğu bir vaxtda bu sahənin mütəxəssislərinin yetişməsi təbii ki, vacib məsələlərdəndir. Ancaq bu gün aqrar sahədə mütəxəssis qıtlığının, uzun illər kənd təsərrüfatı sahəsinin diqqətdən kənarda saxlanması ilə bağlı olduğunu heç kim inkar etmir. Nəticədə kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirmək üçün xarici ölkələrdən mütəxəssislər dəvət olunur. Milli kadrların yetişməsi üçün müəyyən qədər vaxta ehtiyac olduğunu vurğulayan ekspertlər isə hesab edir ki, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi çərçivəsində aqrar sahədə ali təhsilin inkişafı, o cümlədən məzunların işlə təminatına müvafiq köməkliyin göstərilməsi, «ikili diplom» proqramlarının tətbiqi və s fonunda məsələnin dövlət üçün nə qədər əhəmiyyətli olduğu anlaşılır.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli hesab edir ki, kənd təsərrüfatı torpaqla, bağçılıqla bağlı olduğu üçün bu sahədə oxuyanların əksəriyyəti sonradan işləmək üçün bu sferanı seçmirlər:
"Uzun illər kənd təsərrüfatına gəlirlik baxımından perspektivsiz sahə kimi baxılıb. Peşə baxımından da kənd təsərrüfatı sahələrinə azgəlirli sahə kimi yanaşılıb. Lakin qidanın strateji əhəmiyyəti bütün dünyada artır. İnsan qidasız yaşaya bilməz. Bu qidanı istehsal edən peşələrin də get-gedə əhəmiyyəti artır. Dünyada trendlər belədir ki, ən nüfuzlu ixtisaslar, karyeralar məhz qida strategiyası üzərində qurulur”.
Son illər ölkəmizdə aqrar sahəyə münasibətin tədricən dəyişdiyini vurğulayan ekspert deyib ki, ictimai rəydə, yanaşmalarda köklü dəyişikliklər hiss olunur:
"Əgər bir neçə il əvvəl kənd təsərrüfatı ölkədə hörmətdən düşmüş bir sahə hesab olunurdusa, bu gün məsələnin aktuallığı artır. Bu baxımdan
aqrar sahə üzrə təhsil alan tələbələrin xarici təcrübəni öyrənməsini vacib hesab edirəm. Dünyada yeni trend daşıyan aqrar ixtisaslar, biotexnologiyaların, innovasiyaların tətbiqi, seleksiya elmi ilə bağlı olanlar həm aqrar, həm də tədris universitetlərinin təhsil proqramına salınmalıdır. Çünki bunlar gələcəyə ünvanlanan peşələr sayılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi