Vətəndaşlar banklardan daha fəal istiqraz alıcısı olmalıdır
05:30 24.12.2020
İqtisadiyyat
658
"2 milyard manat daxili borclanma həddən artıq böyük məbləğdir"
“2021-ci ilin dövlət büdcəsində büdcə kəsiri artır”. Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. O bildirib ki, son illərdə büdcə kəsirinin artması prosesi davam edir: “Büdcə kəsirinin maliyyələşmə dayanıqlılığını itirməsi problemi ilə qarşılaşırıq. Bütövlükdə, artıq qeyd etdiyimiz kimi, qeyri-müəyyənliklər, bərpa işləri ilə bağlı görəcəyimiz işlər ortamüddətli dövrdə proqnozlaşdırılır.
Bu, bizim ortamüddətli proqramımıza ciddi təsir göstərəcək. İndiki reallıqlar, xüsusilə neft reallıqları tələb edir ki, rejimdən çıxmağımızı, daha yığcam rejimə keçidimizi, yeni büdcə qaydalarına qayıdışı, büdcə dayanıqlılığını, makroiqtisadi dayanıqlılığı təmin edə bilək. İqtisadi Şurada müzakirə edilmiş “Böyük Qayıdış”la bağlı konsepsiyanın ayrı-ayrılıqda həyata keçirilməsi məqsədəuyğundur. İşlərin tempindən və miqyasından asılı olaraq bunun həll olunması bizim üçün ən böyük çağırışlardan biridir”.
Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Rövşən Ağayev “Şərq”ə açıqlamasında bildirib ki, Mərkəzi Bankın rəhbəri "büdcə kəsirinin maliyyələşmə dayanıqlılığını itirməsi problemi ilə qarşılaşırıq" fikri düşünürəm ki, yaxın illərdə büdcə kəsirinin gözlənilən böyük miqyası müqabilində mümkün maliyyələşmə imkanları ilə bağlı narahatlığın olduğunu göstərir. Ekspert qeyd edib ki, bu problem monetar (pul-kredit) hakimiyyətin də makroiqtisadi tənzimləmə fəaliyyətini mürəkkəbləşdirir:
“Çünki 2 milyard manat daxili borclanma həddən artıq böyük məbləğdir. Nəzərə alanda ki, daxili borclanma üçün əsas maliyyə mənbəyi bank sektorudur. Deməli, banklar risksiz dövlət qiymətli kağızlarına kreditlərdən daha artıq həvəs göstərir”.
İqtisadçı-ekspert qeyd edib ki, iqtisadi fəallığın onsuz da aşağı olduğu, pul kütləsinin məhdudlaşdırıldığı, ev təsərrüfatlarının və biznesin böyük həcmdə sərbəst yığımlara malik olmadığı şəraitdə daxili borclanma kanalı vasitəsilə maliyyə sistemindəki sərbəst resursların sürətli sorulması problemdir: “Burda çıxış yolu odur ki, vətəndaşlar banklardan daha fəal istiqraz alıcısı olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət