Vətəndaşların gəlirləri iki dəfə artacaq
06:38 15.12.2020
İqtisadiyyat
572
Türkiyə ilə vizasız rejimin tətbiqi kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək
“Azərbaycanla Türkiyə arasında vizasız rejimin tətbiq edilməsi ilk növbədə kiçik ticarətin inkişafında mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında kiçik ticarət münasibətlərinin daha da inkişafına səbəb olacaq”.
Bu sözləri “Şərq”ə açıqlamasında iqtisadçı-ekspert Razi Abasbəyli deyib. Ekspert bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan sonuncu müqavilənin şərtlərindən biri də Naxçıvanla Azərbaycan arasında quru yolunun inşa edilməsidir:
“Bu yolun inşa edilməsi nəticə etibarilə həm Naxçıvan üçün, eyni zamanda Azərbaycanla Naxçıvanı birləşdirən quru yol üzərindəki işğaldan azad edilən rayonlarımızın iqtisadiyyatı üçün ciddi əhəmiyyət kəsb edir. Faktiki olaraq, Azərbaycanla Türkiyə arasında səyahət və fərdi kiçik ticarət məqsədilə həyata keçirilən dövriyyənin həcmi illik olaraq 140 milyon həcmində hesablanır.
Düşünürəm ki, viza rejiminin ləğv edilməsi ilk növbədə hava nəqliyyatından istifadə edən vətəndaşlarımızın, o cümlədən də ikinci ölkədən istifadə etmədən Naxçıvandan Türkiyəyə gündəlik kiçik ticarətlə məşğul olan iştirakçıların gəlirlərinə ən azı 2 dəfə müsbət təsir edəcək. Nəzərə alaq ki, həm gündəlik qida, həm sərnişindaşıma, həm də sənaye mallarının dövriyyəsi ilə məşğul olan şəxslər inzibati, o cümlədən də mövsümi şərtlərdən asılı olaraq zaman ayarlamaq məcburiyyətində qalırdılar”.
İqtisadçı-ekspert qeyd edib ki, yeni qaydaların tətbiqi məhdudiyyətləri ortadan qaldıracaq:
“Bununla da kiçik və orta ticarətdə vəziyyət daha da yaxşılaşacaq. Eyni zamanda Türkiyənin əmək bazarında azərbaycanlıların iştirakı ilə bağlı ortada olan inzibati problemlər həllini tapmış olacaq. Bu həm də Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan Türkiyə vətəndaşlarının da fəaliyyətində mövcud olan inzibati məhdudiyyətlərin həll edilməsi deməkdir. Bir sözlə, bu yeni qaydalar daha çox ölkəmiz və vətəndaşlarımız üçün əlverişli olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə