Virusun ikinci dalğası gəlir: “Valyuta rezervləri effektiv istifadə edilməlidir”
Fidan Həmişəyeva
16:25 16.09.2020
İqtisadiyyat
965
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sentyabrın 14-nə yaydığı məlumatda deyilir ki, bir sutka ərzində bütün dünya üzrə virusa yoluxanların sayı rekord həddə-307,9 min nəfərə çatıb. Beləliklə artıq dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi və bütövlükdə dünya iqtisadiyyatında aktivliyin zəifləməsi halları qeydə alınmağa başlayıb.
Bəs, dövlətimiz pandemiya dövrü üçün iqtisadi aktivliyini qoruyub-saxlamaq, biznesin postpandemiya dönəminə daha dayanaqlı bir vəziyyətdə gəlib çıxması üçün nələr edir?
Mövcud prosesləri “Sherg.az”a dəyərləndirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərər artıq 10 trilyon dollarlarla ölçülür.
İqtisadçının sözlərinə görə, acınacaqlı olan tək bu deyil. Cari ilin payız aylarında yoluxmanın ikinci dalğasının gələcəyinə dair verilən proqnozlar özünü doğrultmağa başlayıb:
“İndiki çətin şəraitdə ölkəmizdə biznesin dayanaqlı qalmasını təmin etmək üçün dövlətin atdığı addımların yetərli olub-olmamasına dair çoxlu suallar var. Həmin suallar bu gün sahibkarlıqla məşğul olan hər bir iş adamını düşündürür. Pandemiya səbəbindən ölkənin vergi sistemi xüsusi vergi rejiminə keçirilib. Bu rejim pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə geniş miqyasda vergi güzəştləri və azadolmalar verib. Pandemiyadan zərər çəkmiş sahibkarlar 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər. Onların 2020-ci ildə əldə edəcəkləri mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştləri nəzərdə tutulur. Bundan başqa daşınmaz əmlakın icarəyə götürülməsinə görə fiziki şəxslərdən ödənilən icarə haqlarından tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib. Sadələşdirilmiş rejimdə fəaliyyət göstərən ictimai iaşə obyektləri üçün vergi dərəcəsi 8 faizdən 4 faizə düşüb. 2 faiz dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyiciləri üçün bu rəqəm 1 faizə endirilib. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığı və zəruri ehtiyaclarının təmin edilməsi məqsədilə idxal edilmiş məhsullar əlavə dəyər vergisindən (ƏDV) azad olunub”.
F.Yusifov vurğulayıb ki, sahibkarlar üçün zəruri vergi tətilləri də müəyyən olunub:
“Lakin bütün bunlara rəğmən, pandemiya dövrü uzandıqca biznesin fəaliyyət imkanları da zəifləyir. Bir çox hallarda bu imkanlar müflis olmaq həddinə çatır. Belə bir vəziyyətdə vergi güzəştlərinin ortada olması hələ problemin tam həlli demək deyil. Dövlətimiz bu reallığı nəzərə alaraq, yeni və daha önəmli addımlar atmaq barəsində düşünməlidir”.
Professorun fikrincə, fəaliyyəti dayanacaq müəssisəyə hər hansı bir vergi güzəştinin verilməsi və ya verilməməsi praktik olaraq heç nəyi dəyişmir:
“Deməli, hökumət vergi güzəştləri kimi humanist bir missiyanın əhəmiyyətini qoruyub saxlamaq üçün müəssisələrə verilən maliyyə dəstəyinin həcmi və miqyasını genişləndirməyi düşünməlidir. Bu məqsədlə ölkənin valyuta rezervlərinin bir hissəsini effektli mexanizmlər vasitəsilə istifadə etmək mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat