
Vüqar Bayramov: ŞƏT-lə əməkdaşlıq Azərbaycan iqtisadiyyatına böyük sərmayə cəlb edəcək
13:40 01.09.2025
İqtisadiyyat
588
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) “ŞƏT tərəfdaşı” adlı vahid status yaratmağa qərar verib.
Bu barədə ŞƏT ölkələrinin “Tiencin Bəyannamə”sində qeyd edilib.
Bildirilib ki, üzv dövlətlər “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını birləşdirərək “ŞƏT tərəfdaşı” statusunu təsis ediblər.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Təşkilata Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus daxildir. Müşahidəçi ölkələrə Əfqanıstan və Monqolustan, dialoq tərəfdaşlarına isə Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qatar, Küveyt, Maldivlər, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka daxildir.
Millət Vəkili Vüqar Bayramov “Sherg.az”a bildirdi ki, Azərbaycan həm beynəlxalq platformalar, həm də ayrı-ayrı dövlətlərlə əlaqələrini genişləndirməkdədir:

“Təbii olaraq, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə də qarşılıqlı əməkdaşlıq mövcuddur. Bəzi ölkələrlə bu əməkdaşlıq strateji tərəfdaşlıq kontekstində həyata keçirilir. Cənab Prezidentin Çinə səfəri zamanı keçirilən görüşlər və müzakirə olunan məsələlər göstərir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən Azərbaycan iqtisadiyyatına əhəmiyyətli həcmdə sərmayələrin cəlb edilməsi mümkündür. İnvestisiyaların cəlbi isə praktiki baxımdan Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir, çünki bu, daha çox sərmayənin daxil olması deməkdir. Gözlənilir ki, həm Şərq İqtisadi Forumu toplantısında iştirak, həm də keçirilən görüşlər nəticə etibarilə Azərbaycan iqtisadiyyatına əlavə sərmayələrin cəlb olunmasına, eyni zamanda üzv ölkələrlə ticarət dövriyyəsinin artmasına şərait yaradacaq. Bu isə Azərbaycan dövləti üçün yeni imkanlar mənasına gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm