Vüqar Bayramov: Sülh müqaviləsi regiona daha çox sərmayənin cəlbinə imkan yaradacaq
10:53 08.04.2025
İqtisadiyyat
474
Ermənistanla sülh sazişinin tamamlanması Azərbaycan üçün regionun sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişaf yönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər.
“APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
Qeyd edilib ki, bu, həm də Azərbaycanın müxtəlif sahələrdə iqtisadi inkişafını dəstəkləyə bilər: “Bu, hökumətin regionu rəqəmsallaşmış, yaşıl zona kimi inkişaf etdirmək və qeyri-neft sektorlarından – turizm, kənd təsərrüfatı, qida və digər sənaye hədəflərini həyata keçirməsi baxımından iqtisadi diversifikasiyaya daha da töhfə verə bilər. Əlavə olaraq, regional sabitliyin yaxşılaşması son üç ildə tranzit həcmlərində əhəmiyyətli artım müşahidə olunan Orta Dəhlizin cəlbediciliyini və davamlılığını gücləndirə bilər”.
“Moody’s” martın 13-də iki ölkə arasında sülh sazişinin şərtləri üzrə razılığın əldə olunmasını müsbət addım kimi dəyərləndirsə də, yaxın gələcəkdə gərginlikləri dayanıqlı şəkildə həll edəcək sazişin imzalanmasını gözləmədiyini açıqlayıb: "Aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasından əraziyə dair müddəanın çıxarılması və ATƏT-in Minsk Qrupunun buraxılması tələblərini bir daha təkrarladı. Bu şərtlər çox güman ki, Ermənistandan referendum keçirməyi tələb edəcək, bu isə vaxt aparacaq və hazırkı hökumətin daxili siyasi nüfuzunu sınağa çəkəcək”.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, sülh müqaviləsinin bağlanması regionda daha çox sərmayənin cəlb edilməsi baxımından vacib hesab edilir:
“Güman edilir ki, bu regiona daha çox sərmayənin cəlbinə imkan yaradacaq. Xüsusilə nəzərə almalıyıq ki, regiona sərmayənin cəlb edilməsinə təsir göstərən faktorlardan biri də konfliktlərdir. Artıq Qarabağ konflikti həllini tapıb. Ölkələr arasında sülh müqaviləsinin bağlanması vacibdir və Azərbaycan ilkin olaraq öz təkliflərini təqdim edib. Sözsüz ki, Azərbaycan daha çox inkişaf etmiş ölkələrdən sərmayələrin cəlb edilməsinə maraqlıdır. Azərbaycan Prezidentinin yeni dövrünün yeni hədəflərinə uyğun olaraq qeyri neft sektoruna daha çox sərmayənin cəlb edilməsi əsas prioritetlərdən biridir. O istiqamətdə də aparıcı ölkələr ilə əməkdaşlığın gücləndirilməsi, daha çox sərmayənin cəlbi istiqamətində işlər həyata keçirilir. Gözlənilir ki, sülh müqaviləsindən sonra xüsusən inkişaf etmiş ölkələr tərəfindən regionda daha çox sərmayənin cəlbinə şərait yaradılsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya