“Xeyli sayda turizm sektoru ziyan görəcək”
Nihat Müzəffər
15:19 30.06.2020
İqtisadiyyat
1399
“Zəif inkişaf etmiş və ya sektora yeni daxil olan turizm strukturları məhv olacaq”
“Bu qlobal vəziyyəti Azərbaycan da yaşadığı üçün bu kimi problemlər turizm sektorumuzdan yan keçməyəcək”
“COVİD-19” pandemiyası ilə əlaqədar ölkə iqtisadiyyatının bir çox sahəsində problemlər yaranıb. Xüsusən də pandemiyadan daha çox ziyan görən iqtisadi sahələrdən biri də qeyri- neft sektorunun əsas bölməsi olan turizmdir. Son zamanlar canlanmağa başlayan bu sahə mart ayından etibarən tənəzzül içindədir. Ölkə turist qəbul etmir. Turizm sektoru sadəcə bir neçə rayonlararası daxili turizm sayəsində ayaqda durur. Lakin paytaxtda və iri şəhərlərdəki əsas turizm potensialını təşkil edən otellər və turizm strukturları dörd aydır bağlıdır.
Bəs, görəsən dünyaya yenicə açılan Azərbaycan turizm sektoru bu kimi problemlərə tab gətirə biləcəkmi? Bu sahədə görülən işlər necə olacaq?
Suallarımızı cavablandıran turizm eksperti Ruslan Quliyev “Sherg.az”a bildirib ki, dünyanı öz “əsarətinə” alan karonavirus ölkə turizminə ciddi ziyan vurub:
“Ümumdünya Turizm Təşkilatının proqnozlarında bildirildiyi kimi bu ilin sonuna kimi xeyli sayda turizm sektoru ziyan görəcək. Zəif inkişaf etmiş və ya sektora yeni daxil olan turizm strukturları məhv olacaq. Bu qlobal vəziyyəti Azərbaycan da yaşadığı üçün bu kimi problemlər turizm sektorumuz üçün də keçərlidir. Hazırda dövlətlərarası sərhədlərin bağlanması, aviadaşımaların dayandırılması kimi proseslər turizmə zərbə vurdu. 2017-ci ildən başlayaraq ölkə turizmi ciddi şəkildə inkişaf mərhələsinə başlayıb.
Strateji yol xəritələrində göstərilmişdir ki, 2025-ci ilə kimi Azərbaycan turizmi dünyada inkişaf baxımından fərqlənməli və ilk iyirmiliyə daxil olmalı idi. Demək olar ki, indiki şəraitdə COVİD-19 pandemiyası bu inkişafa əngəl oldu. Lakin bu ilin mart ayında Cənab Prezidentin sahibkarlıq subyektlərinin ciddi zərər görməməsi üçün müəyyən miqdarda dotasiya ayırdı.
Fikrimcə, bu təşəbbüs sayəsində turizm sektorunun sürətli zəifləməsinin qarşısı alındı. Amma bu turizm sahəsindəki problemlərin həll olunması demək deyil. Fikrimcə, bu ilin sonuna kimi turizmdən danışmaq mümkün olmayacaq. Bu müddət ərzində ölkədə sadəcə daxili turizm hesabına sektorda müəyyən işlər görüləcək. O da kortəbii formada...”.
R.Quliyev onu da söyləyib ki, bu il sadəcə daxili trizmdən danışa biləcəyik:
“Pandemiyayla bağlı hələ ki sərhədlər bağlıdır. Sərhədlər açıldıqda belə ilin sonuna ölkələrarası turist səfərlərinin həyata keçirilməsi inandırıcı deyil. Bu müddət ərzində ölkədə turizm sektoru sadəcə rayonlararası səfərlər hesabına ayaqda duracaq. Təbii ki, burada da müəyyən işlər görülməlidir. Məsələn, daxili turizmlə bağlı bir sıra proqramlar təşkil olunmalı, hazırlıq işləri görülməlidir. Eyni zamanda mövcud şəraitlə bağlı qiymət artımları da qaçılmaz olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm