
Yeni dəmir yolu xətti Orta Dəhlizlə strateji inteqrasiyanı gücləndirəcək-Deputat
12:27 22.08.2025
İqtisadiyyat
470
Qars-İğdır-Aralık-Dilucu (Türkiyə) dəmir yolu xəttinin təməlqoyma mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, mərasimdə çıxış edən Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bu xəttin Zəngəzur dəhlizinin vacib komponenti olacağını bildirib.
“Daha əvvəl həyata keçirilməsi üçün 2,4 milyard avroluq xarici kredit götürdüyümüz bu xətt ölkəmizə valyuta axını yaradacaq. Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti 110 milyard lirə sərmayə ilə inşa ediləcək”, - nazir qeyd edib.
Uraloğlu xəttin 224 kilometr uzunluğunda olacağını açıqlayıb:
“İllik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə malik olan bu xətt təkcə logistika imkanları baxımından deyil, həm də tikinti keyfiyyəti, tunel və dizaynı baxımından qabaqcıl mühəndislik nümunəsi olacaq. Xətti 2029-cu ilin sonuna qədər tamamlamağı hədəfləyirik”.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a bildirdi ki, Qars Dilucu dəmir yolu xətti bir tərəfdən Türkiyənin şərqində dəmir yolu infrastrukturunun genişləndirilməsinə, digər tərəfdən isə Azərbaycanla qardaş ölkə arasında dəmir yolu əlaqəsinin formalaşdırılmasına imkan yaradacaq:

“Nəzərə alındıqda ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində intensiv fəaliyyət aparılır. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını quru nəqliyyatı vasitəsilə birləşdirəcək, həmçinin dəmir yolu xətti istifadəyə veriləcək. Nəticə etibarilə bu gün təməli qoyulan dəmir yolu xəttinin Zəngəzur dəhlizi ilə inteqrasiya olunması mümkün olacaq. Bu isə öz növbəsində Zəngəzur dəhlizi vasitəsilə yüklərin, eləcə də qeyd edilən dəmir yolu xətti ilə Türkiyə və Avropa bazarlarına daşınmasına şərait yaradacaq. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Zəngəzur dəhlizi həmçinin Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunmaqla Orta Dəhlizin potensial imkanlarının genişlənməsinə xidmət edəcək. Bu kontekstdə həm Orta Dəhlizin tranzit-ötürmə qabiliyyətinin artırılmasına, həm Zəngəzur dəhlizinin strateji əhəmiyyətinin yüksəldilməsinə, həm də Azərbaycanla Türkiyə arasında yükdaşımaların və xarici ticarət dövriyyəsinin həcminin artmasına səbəb olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual