Yeni iqtisadi siyasətin üç hədəfi: iqtisadi sabitlik, məşğulluq və sosial rifah !
Şəymən Bayramova
09:32 15.04.2020
İqtisadiyyat
1125
"Sosial proqramlar ixtisar olunmayacaq. Və ilin sonuna qədər tam şəkildə icra olunacaq”
“Amma düşünürəm ki, dövlət büdcəsi xərclərinin qrafalarını yenidən nəzərdən keçirilməyimizə ehtiyac yaranacaq”
2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev dövlət xərclərinə yenidən baxılacağını və prioritet təşkil etməyən xərclərin ixtisar ediləcəyini deyib. Ölkə başçısı qeyd edib ki, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalı, həm investisiya, həm də cari xərclərə yenidən baxılmalıdır:
"Şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması hesabına iqtisadi-maliyyə vəziyyəti sabit saxlanacaq”.
Prezidentin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransdakı çıxışını dəyərləndirən millət vəkili Azər Badamov "Sherg.az"a artıq dünyanın yeni bir dövrə qədəm qoyduğunu deyib:
“Bu, qlobal pandemiya dövrüdür. Qlobal pandemiyanın özü ilə iqtisadi böhran gətirəcəyi günün reallığına çevrilib. Hətta beynəlxalq maliyyə qurumları ifadə edirlər ki, pandemiyanın yardacağı iqtisadi böhran 2008-2009-cu illərin böhranından da ağır olacaqdır. Ona görə də Azərbaycan dövləti qabaqlayıcı tədbirlər görməlidir. 2020-cı ilin dövlət büdcəsi hesablananda nə neftin qiymətinin dünya bazarlarında 3 dəfəyə qədər ucuzlaşacağını, nə də koronavirus pandemiyasının yaranacağını proqnozlaşdırmaq olardı. Amma reallıq odur ki, bu gün bütün dünya iqtisadi çətinliklərə sürüklənməkdədir.
Deputat Prezident İlham Əliyevin birinci rübün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirləri koronavirus pandemiyası dövründə, həm də postpandemiya dövründə ölkəmizdə atılması vacib addımların yol xəritəsi hesab edir. Onun sözlərinə görə, ölkəmizdə cənab Prezidentin tapşırıqları ilə operativ qabaqlayıcı tədbirlər görülür və yeni iqtisadi siyasətin üç hədəfi müəyyənləşdirilib; iqtisadi sabitlik, məşğulluq və sosial rifah:
“Biz I rübün dövlət büdcəsinin icrasına nəzər salsaq görürük ki, dövlət büdcəsinin gəlirləri 7 milyard 811 milyon manat, xərcləri isə 5milyard 255 milyon manat olub. Ümumi hesabda isə 2,5 milyard manat profisit yaranıb. Dövlət büdcəsinə vergi və gömrük orqanlarından proqnozdan əlavə 312.2 milyon manat əlavə vəsait daxil olub. Yəni iqtisadi mənzərə müsbətdir”. Bununla belə deputat hesab edir ki, koronavirus pandemiyası və neftin qiymətinin kəskin ucuzlaşması yeni bir yanaşmanı tələb edir:
“Neftin qiymətinin ucuzlaşması gəlirimizi azaltması ilə yanaşı pandemiya ilə mübarizə, iqtisadi fəallığın qorunması, məşğulluq və sosial rifahına dövlət dəstəyinə ehtiyacı əvvəlcədən planlaşdırılmamış yeni xərcləri meydana çıxardıb. Bu da dövlət büdcəsində yeni xərclər deməkdir. Dövlət başçısının qeyd etdiyi kimi, sosial proqramlar ixtisar olunmayacaq. Və ilin sonuna qədər tam şəkildə icra olunacaq. Amma düşünürəm ki, dövlət büdcəsi xərclərinin qrafalarını yenidən nəzərdən keçirilməyimizə ehtiyac yaranacaq. Çox da vacib olmayan investisiya layihələrinin müəyyən bir vaxta təxirə salınmasına ehtiyac yaranacaqdır. Düşünürəm bu, sosial infrastrukturun yenidən qurulmasına ayrılacaq xərclər ola bilər. Yarımçıq layihələr başa çatdırılsa da, yeni layihələrin başlanmasına müəyyən müddətə fasilə verilməlidir. Sonda qeyd etmək istəyirəm ki, düzgün hesablanmış iqtisadi siyasət pandemiya böhranından az itkilərlə çıxmağımıza yol açacaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya