Yeni tarif siyasəti “1 bank” müştərilərinə aid olmayacaq - İqtisadçı

Kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə tarif dərəcələri məbləğdən asılı olacaq. 100 manatadək köçürmələrdə - 3 qəpik və 100 manatdan yuxarı, daha yüksək məbləğlərdə daha yüksək faiz tutulacaq. Eynilə ABŞ dollarıyla edilən ödənişlərə görə də tarif dərəcəsi məbləğdən asılı olaraq yüksələcək. 100 dollara qədər köçürmələrdə 0.2 dollar tutulacaq, daha yüksk məbləğlərdə isə artım dinamikası müəyyən edilib.  

Qərara görə, yeni tariflərə keçid 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək. Mərkəzi Bankdan bildirilib ki, bu dəyişiklik birbaşa Mərkəzi Bankla banklar və maliyyə qurumları arasındakı münasibətləri və hesablaşmaları tənzimləyir, vətəndaşlara aidiyyəti yoxdur. 

İqtisadçı Əkrəm Həsənov Sherg.az-a açıqlamasında bildirdi ki, kartdan karta ödənişlədə pul tutulması banklararası pul köçürmələrinə aiddir. Amma eyni bank daxilində də belə olacaqmı, bu, aydın deyil: 

- Ola bilər, belə deyil. Bu tarifləri banklar deyil, Mərkəzi Bank təyin edib. Amma məsələ burasındadır ki, banklar pul köçürmələrini Mərkəzi Bank vasitəsiylə edirlər. Hamısının bank hesabları Mərkəzi Bankdadır. Mərkəzi Bank onlardan xidmət haqqı tutur. Belə olan halda banklar da öz növbəsində müştəridən tutacaq, öz xidmət haqlarını qoyacaq pulun üstünə və qazancın da qoyacaq köçürəcək. Yəni, istənilən halda müştəridən tutulacaq bu pul. Ehtimal edirəm ki bu yeni tarif siyasəti “1 bank” daxilində əmliyyatlara aid deyil. Çünki burada Mərkəzi Bank iştirak etmir, bu, bankn öz daxilində gedən prosesdir deyə, “1 bank” müştərilərinə aid olmayacaq.