Zəngin flora və faunası var
05:22 02.12.2020
İqtisadiyyat
1873
Laçın gələcəkdə turizm üçün daha cəlbedici amilə çevriləcək
"Laçın rayonu iqtisadi potensialına görə Azərbaycanda xüsusi seçilən bölgələrimizdəndir. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, Laçın rayonunda meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu".
Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, işğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanıb:
"Laçın zəngin təbii ehtiyatlara malikdir. Burada civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. 28 illik işğal Laçın rayonun potensialından istifadəyə imkan vermədi. Dövlət Statistika Komitəsinin məlumatına görə, Laçın rayonuna məxsus müəssisə və təşkilatlarda 2019-cu ildə cəmi 27 milyon 326 min manatlıq məhsul istehsal olunub. İşğal nəticəsində Laçın rayonuna dəyən ziyan on milyard dollarla ölçülür".
V.Bayramov əlavə edib ki, rayon ərazisində olan İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı və zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək: "Laçın gələcəkdə turizm üçün daha cəlbedici amilə çevriləcək. Laçın rayonunda işğaldan sonra da qoyunçuluq, maldarlıq və arıçılıq təsərrüfatlarını yaratmaqla bu sahələri rayonun iqtisadi inkişafında aparıcı sahələrdən birinə çevirmək olar. Bununla paralel kənd təsərrüfatının əkinçilik və bitkiçilik potensialından da maksimum yararlanmaq lazımdır".
İqtisadçının sözlərinə görə, Kəlbəcər kimi Laçında da civə, mişar daşı, üzlük daşı, tikinti daşı, gil, qum-çınqıl, pemza, vermukulit, vulkan külü, əqiq, jad kimi çox növlü faydalı qazıntı ehtiyatlarının olması bu rayonun iqtisadi potensialını artırır:
"Hər iki rayonun qonşu olması ehtiyatların hasilatdan sonrakı emal proseslərində birgə işlənmənin tətbiqinə imkan verəcək ki, bu da rentabellik göstəricilərinin yüksəldilməsinə şərait yaradacaq. Qarabağın, eləcə də ətraf rayonların Ermənistanla əlaqəsinin Laçın üzərindən edilməsi buranın iqtisadi təşəkkülünə öz təsirini göstərəcək. Bizim “Laçın dəhlizi” kimi tanıdığımız yol əslində Yerevan-Gorus-Laçın-Şuşa-Xankəndi yoludur. Kəlbəcər və Qubadlı kimi digər rayonlar da bu yola birləşir.
Perspektivdə bu yolun daha da genişləndiriləcəyini və rus sülhməramlılarının bu dəhlizdə əbədi qalmayacağını, tədricən münasibətlərin fərqli istiqamətdə inkişaf edəcəyini nəzərə alsaq, deyə bilərik ki, bir müddət sonra Laçın ticarət fəaliyyətlərindən bəhrələnən bir rayon olacaq.
Çünki bu gün daha çox hərbi münaqişədə adı hallanan bu marşrut bir gün öz təyinatını ticari münasibətlərə və yükdaşımaya dəyişəcək.
Bu gün bu mənzərəni təsəvvür etmək çətin olsa da, tarix bunu göstərir ki, belə keçidlər, əvvəl müharibələrə, sonra ticarətə xidmət edir. Məsələn, illər boyu müharibələrin xidmətində duran Xudafərin körpüsü artıq təyinatını çoxdan dəyişib.
Odur ki, Qarabağın, eləcə də ətraf rayonların Ermənistanla əlaqəsinin bu coğrafiya üzərindən edilməsi buranın iqtisadi təşəkkülünə öz təsirini göstərəcək.
Çünki burada təkcə əmtəə bazarının yüksəlişi deyil, eyni zamanda kontraktasiya müqavilələrinin bağlanması üçün çox əlverişli mühit yaranacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual