Türkiyədə maraqlı hadisə: Sərnişinlər tərəfindən metrodan atıldı

Bursada sərnişin yaşlı şəxslə mübahisə edərək onu təhqir edən zaman digər sərnişinlər onu təpikləyərək stansiyaya yaxınlaşan metrodan atıblar.
 Sherg.az milliyet.com-a istinadən xəbər verir ki, hadisə Kestel-Universitet xəttində fəaliyyət göstərən BursaRay-də baş verib. İddialara görə, kişi sərnişin yaşlı sərnişinlə mübahisə edərək onu təhqir edib. Kişi sərnişin metronun “Şehreküstü” stansiyasına çatanda digər sərnişinlər ona təpik vuraraq, döyərək çölə atıblar. Həmin anlar stansiyada gözləyən sərnişin tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.
Kadrlarda metronun içərisində döyülən sərnişinin vaqonun qapıları açılarkən digər sərnişinlər tərəfindən qovulduğu və əlindəki çantaların yerə yıxıldığı görülüb.