
2 nəfər güclə daşıdı, beləsi ilk dəfə göründü
11:09 29.10.2025
Maraqlı
359
Sivasda bir fermer 51 kiloqram çəkidə nəhəng balqabaq yetişdirib.
Sherg.az xəbər verir ki, may ayının ortalarında əkilən balqabaq oktyabr ayında yığımı həyata keçirilib. Kilosu 25 lirədən satışa çıxarılan balqabaq, tarlada yığılarkən iki nəfərin köməyi ilə daşınıb.
Adətən balqabaqların çəkisi 8–10 kiloqram arasında dəyişir, lakin bu dəfə yetişdirilən 51 kiloqramlıq nəhəng balqabaq ölçüsü ilə diqqət çəkib. Satış üçün piştaxtada sərgilənən bu balqabaq ətrafdakılardan da böyük maraq görüb. Şəhər sakinləri belə böyüklükdə bir balqabağı ilk dəfə gördüklərini bildirərək onunla xatirə şəkli çəkdiriblər.
Nəhəng balqabağı yetişdirən fermer Mehmet Önk deyib:
“Mən illərdir kənd təsərrüfatı ilə məşğulam. Bu balqabağı əmioğlumla birgə yetişdirdik. Bunun üçün torpağın yeri çox önəmlidir. Mayın ortasında əkirik, oktyabrın ortasında da yığırıq. Bu balqabağın digərindən fərqi ondadır ki, ata toxumundan yetişdirilib. Tam 51 kiloqram gəlir. Tarlada yığarkən və motora yükləyərkən iki nəfər güclə qaldırdıq. Kilosunu 25 lirədən satdıq. Daha əvvəl də böyük balqabaq yetişdirmişdim, amma o 37 kilo gəlmişdi. Belə böyüyünə isə heç rast gəlməmişik. Ona sarılmaq istəyəndə iki qolum ancaq çatır,”- deyə bildirib.

Nəhəng balqabaqla şəkil çəkdirən Bekir Çınar isə deyib:
“Bu balqabağı yoldan keçərkən gördüm, çox təəccübləndim. Qardaşımızı uzun illərdir tanıyıram, çox balqabaq yemişik, amma bu boydakı balqabağı ilk dəfə görürük. Ona belə bir məhsul yetişdirdiyi üçün təşəkkür edirəm. Bu balqabağı Sivasımıza və ölkəmizə tanıtdığı üçün minnətdaram. Uğurlarının davamını Allahdan arzulayıram.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət