Bir çox gənc gələcəyini xaricdə axtardığı halda, 35 yaşlı Uğur Gedik tam əks qərar verərək doğma yurduna qayıdıb. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, “Almaniyada robot olmaqdansa, öz vətənimdə çoban olaram” deyən Gedik ailəsi ilə birlikdə Giresun vilayətinin Tirebolu rayonundakı kəndinə köçüb. O, şəxsi imkanları hesabına heyvandarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb.