Ayaq sıxan ayaqqabını soyuducuya qoyun - 1 nömrə böyüyür, sınayanlar məmnundur
Yusif Nəzərli
13:55 01.06.2025
Maraqlı
585
Ayaqqabıların dar gəlməsi, xüsusilə yeni alınan və ya zamanla bərkimiş ayaqqabılar üçün geniş yayılmış problemdir. Sosial şəbəkələrdə populyarlaşan və istifadəçilər tərəfindən müsbət nəticələr verdiyi bildirilən bir üsul, artıq bir çox insanın təsdiqini alıb. Ayaqqabınızı atmazdan əvvəl bu üsulu sınayın.
Sherg.az xəbər verir ki, sosial media fenomenləri tərəfindən irəli sürülən bir məsləhət, balaca gələn ayaqqabılar üçün çıxış yoldudur. Dondurma texnikasının ayaqqabını təxminən 1 nömrə böyütdüyü və bu yolla xilas etdiyi bildirilir. Sınayanlar isə olduqca razıdır. Budur, üsulun detalları:
Bu üsul, suyun donarkən genişlənməsi prinsipinə əsaslanır. Su donduqda həcmi artır və bu genişlənmə ayaqqabının içini böyüdə bilir. Tətbiqi isə olduqca sadədir. İlk olaraq, möhkəm və sızdırmaz bir dondurucu torbasının təxminən üçdə biri qədərinə su doldurulur. Sonra ağzı bərk bağlanaraq sızmanın qarşısı alınır. Daha sonra torba, xüsusilə dar gələn hissəsinə diqqətlə yerləşdirilir. Ayaqqabı, içində su dolu torba ilə birlikdə dondurucuya qoyulur və suyun tam donması üçün adətən bir gecə saxlanılır. Donma prosesi bitdikdən sonra ayaqqabı dondurucudan çıxarılır və torba çıxarılır. Ayaqqabının içinin bir qədər genişləndiyini görəcəksiniz.
Sosial şəbəkə istifadəçilərinin fikrincə, bu üsul ayaqqabını təxminən 1 nömrə böyüdür. Xüsusilə dəri və elastik materiallardan hazırlanan ayaqqabılarda daha effektiv olduğu bildirilir. İstifadəçi rəylərinə əsasən, bu üsul həm iqtisadi, həm də ayaqqabıya zərər vermədən genişləndirmə imkanı yaradır. Lakin bu metodun bütün ayaqqabı növlərində eyni nəticə verməyə biləcəyi də unudulmamalıdır. Xüsusilə incə materiallardan – məsələn, süet və ya çox nazik dəridən hazırlanmış ayaqqabılarda həddindən artıq genişlənmə materiala zərər vura bilər. Əgər bu üsulu tətbiq etmək istəyirsinizsə, ayaqqabını dondurucudan çıxardıqdan sonra onu otaq temperaturunda təbii şəkildə açılmasına imkan tanımalısız. Dərhal geyinmək tövsiyə olunmur. Bu şəkildə, ayaqqabının materialına zərər vermədən nömrəsini böyütmüş olacaqsınız. Dondurucu torba və donma üsulu, dar ayaqqabılar üçün praktik və aşağı xərcli bir həll yolu ola bilər. Ayaqqabı sıxlığından əziyyət çəkənlər üçün bu metod sınamağa dəyər alternativlərdən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya