Baba Vanqanın 2026-ci il proqnozları! Zaman daralır – “gözlənilməzi gözləyin!”
Yusif Nəzərli
01:58 21.09.2025
Maraqlı
732
Gələn il texnologiya inqilabı, təbii fəlakətlər və bəşəriyyət tarixində ilk “yadplanetli təması” ilə silkələnəcək
Dünya tarixinə damğasını vurmuş hadisələri əvvəlcədən gördüyü deyilən bolqar kahin Baba Vanqa 2026-cı il üçün sarsıdıcı proqnozlar verib. İddialara görə, gələn il dünya səhnəsi heç olmadığı qədər hərəkətli olacaq; müharibələr, texnologiya inqilabı, təbii fəlakətlər və bəşəriyyət tarixində ilk “yadplanetli təması” ilə silkələnəcək.
Sherg.az xəbər verir ki, Baba Vanqa 2026-cı ildə Şərqdən başlayacaq bir müharibənin Qərbə yayılaraq dünya balansını kökündən dəyişəcəyini bildirir. Öngörmədə Rusiya Prezidenti Vladimir Putinin bu qarşıdurmada ön plana çıxacağı və “dünyanın lideri” statusuna yüksələcəyi vurğulanır. Mövcud qlobal böhranlar, Rusiya-Ukrayna müharibəsi və İsrailin Qəzzadakı hücumları bir araya gətirildikdə, 2026-cı ildə Üçüncü Dünya Müharibəsi riskinin yüksək olduğu xəbərdarlığı edilir.
Vanqa həmçinin 2026-cı ilin noyabrında nəhəng bir kosmik gəminin Yerə gələcəyini və insanlıqla ilk rəsmi təmasın qurulacağını bildirir. O, əvvəlki öngörmələrində 2025-ci ildə yadplanetlilərlə təmasın idman tədbiri zamanı baş verəcəyini söyləmişdi; 2026-cı il üçün isə bütün dünyanın heyrət içində izləyəcəyi bir hadisədən danışır.
Baba Vanqa 2026-cı ildə iqlim dəyişikliyinin təsirlərinin daha da güclənəcəyini, zəlzələlərin və vulkan püskürmələrinin artacağını deyir. Fəlakətlərin Yer səthinin 7–8 faizini dəyişdirə biləcəyi və ekosistemləri ciddi şəkildə sarsıdacağı proqnozlaşdırılır.
Vanqanın ən diqqətçəkən öngörməsi isə 2026-cı ildə süni intellektin insan həyatının bütün sahələrinə hakim olacağıdır. İş həyatı, münasibətlər və gündəlik həyat süni intellekt tərəfindən formalaşdırılacaq. Fransız kahin Nostradamusun da texnologiya ilə bağlı oxşar proqnozları bu iddianı dəstəkləyir. Kahinlər 2026-cı ilin bəşəriyyət üçün dönüş nöqtəsi olacağını vurğulayır və “gözlənilməzi gözləyin” ifadəsini işlədərək insanları ayıq olmağa çağırırlar. İstər inanın, istər inanmayın, Baba Vanqanın bu öngörmələri həm maraq doğurur, həm də insanlığı ehtiyatlı olmağa səsləyir. 2026-cı il tarix kitablarına düşə bilər və dünya heç olmadığı qədər dəyişə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat