Baxçalıdan klassik avtomobil hədiyyəsi

MHP sədri Dövlət Baxçalı klassik avtomobillərə olan marağı ilə tanınır. O, kolleksiyasında yer alan “06 TC 0009” dövlət nömrə nişanlı, 1958-ci il istehsalı "Ford Fairlaine" avtomobilini partiyasının MKYK üzvü Gürkan Teomana hədiyyə edib.

Sherg.az xəbər verir ki, Gürkan Teoman sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, bu klassik avtomobil onun üçün təkcə nəqliyyat vasitəsi deyil, həm də vəfa, etimad və unudulmaz xatirənin rəmzidir.