Bu gün ilin ikinci və son Ay tutulması olacaq
Yusif Nəzərli
20:15 06.09.2025
Maraqlı
581
Bu gün ilin ikinci və son Ay tutulması olacaq.
Teleqraf xəbər verir ki, bu tutulma ilin ilk Ay tutulması hadisəsi kimi tam Ay tutulmasıdır.
Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq.
Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.
Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmasında müşahidə olunan “Qanlı Ay”ı saat 21:30 – 22:52 aralığında izləmək mümkün olacaq. Tam tutulma zamanı Yerin atmosferindən keçən qırmızı dalğa uzunluqlu şüalar Ayın səthinə çatdığından o qırmızımtıl çalarda görünəcək. Bu hal həmçinin Günəş üfüqdə olanda da baş verdiyi üçün sübh və qürub çağı qırmızıltıl çalarlarda olur.
Qeyd edilib ki, sentyabrın 21-i isə 2025-ci ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma qismən Günəş tutulmasıdır və Azərbaycandan müşahidə olunmayacaq.
Ay və Günəş tutulmalarının müşahidə olunmasının səbəbi Yerlə Ayın orbitlərinin müstəvilərinin demək olar ki, eyni bir müstəvidə yerləşməsi və Ayla Günəşin disklərinin səmada ölçülərinin eyni olmasıdır. Onlar bir düz xətt üzrə düzülərkən tutulmalar müşahidə olunur. Tutulmanın tam və ya qismən olması isə göy cisimlərinin konfiqurasiyası və müşahidəçinin mövqeyindən asılı olur. Çünki tutulmalar Ay və Yerin orbitlərin kəsişmə nöqtələri (düyün nöqtələri) və ətrafında müşahidə olunur. Kəsişmə nöqtəsindən uzaqlaşdıqca Ay və Günəşin disklərinin örtülməsi faizi də azalır. Yerdəki müşahidəçi isə kölgənin mərkəzində yerləşərsə tam, kölgənin kənarlarına doğru qismən, yarımkölgədə isə yarımkölgəli tutulmanı izləmiş olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm