
Da Vinçinin şifrəsi 500 il sonra çözüldü
12:41 03.07.2025
Maraqlı
552
Tarixə damğa vuran sənətkar Leonardo da Vinçinin məşhur “Vitruv kişi” (Vitruvius adamı) rəsminin içində gizlədilmiş həndəsi nisbət nəhayət ki, müəyyənləşdirilib.
Sherg.az xəbər verir ki, Renessans dövrünün sənətkarı Leonardo da Vinçinin 500 il əvvəl çəkdiyi və “mükəmməl nisbətli kişi bədəni”ni təsvir etdiyi düşünülən Vitruvius adamı, sənət, riyaziyyat və anatomiya biliklərini bir araya gətirən ən məşhur rəsmlərdən biri hesab olunur.
Londonda fəaliyyət göstərən diş həkimi Dr. Rory Mac Sveeney isə bu rəsmdə gizli olan həndəsi şifrəni açdığını iddia edib.
Sveeneyin sözlərinə görə, bu rəsmdəki gizli açar da Vinçinin qeydlərində bəhs etdiyi və fiqurun ayaqları arasına yerləşdirilmiş “bərabəryanlı üçbucaq”da gizlənib.
Dr. Sveeney bu üçbucağın təsadüfi bir forma olmadığını və təbiətdə tez-tez təkrarlanan bir dizayn planını əks etdirdiyini bildirib.
O, bu üçbucağın diş həkimliyində çənə funksiyalarını tənzimləyən və “Bonvill üçbucağı” kimi tanınan anatomik quruluşla üst-üstə düşdüyünü vurğulayıb.
Sveeneyin sözlərinə görə, bu üçbucaq vasitəsilə kvadrat və dairə arasındakı nisbət də ortaya çıxır: 1,64. Bu rəqəm isə təbiətdə təkrar olunan və “səmərəli quruluşların” əsasını təşkil edən xüsusi bir nisbət olan 1,6333-ə olduqca yaxındır.
Sveeney bu nisbətin yalnız insan bədənində deyil, həm də güclü kristalların atomik quruluşunda, insan kəlləsinin nisbətlərində və kürələrin ən sıx yerləşdirilməsində də mövcud olduğunu deyib.
“Leonardo bədənimizin kainatdakı eyni riyazi zərifliklə qurulduğunu hiss etmişdi” – deyə o qeyd edib.

Yeni tapıntılara əsasən, Vitruvius adamı yalnız estetik bir şahəsər deyil, həm də dövrünü qabaqlayan elmi bir hipotez kimi qiymətləndirilir. Bu araşdırma "Journal of Mathematics and the Arts" adlı akademik jurnalda dərc olunub.
Məqalənin nəticə hissəsində isə bu fikirlər yer alıb: “Leonardo da Vinçinin fiqurun ayaqları arasındakı bərabəryanlı üçbucağa etdiyi açıq istinad rəsmin necə qurulduğunu göstərir və onun proporsiya seçimlərinin anatomik əsasını ortaya qoyur.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol