Yaponiyada qeyri-adi bir təyinat baş verib.
Sherg.az Musavat.com-a istinadən xəbər verir ki, Vakayama prefekturasında yerləşən Kişi stansiyasında Kişigava xətti üzrə rəsmi “stansiya baxıcısı” vəzifəsinə Yonotama adlı pişik gətirilib.
Məlumata görə, təyinat bütün rəsmi prosedurlara uyğun həyata keçirilib, pişiyə rəsmi sənəd təqdim olunub. Yonotamanın əsas vəzifələri sərnişinləri qarşılamaq, müxtəlif tədbirlərdə iştirak etmək və stansiyada xoş ab-hava yaratmaqdan ibarətdir.
Bununla yanaşı, Yonotamanın iki pişikdən ibarət müavinləri də təyin edilib. Onlar da stansiyanın gündəlik “ictimai həyatında” fəal rol oynayırlar.
Beləliklə, Yaponiyada pişiklər artıq təkcə evlərin deyil, ictimai nəqliyyat obyektlərinin də simvoluna çevriliblər. Görünür, simpatiya və populyarlıq baxımından onlar bir çox məmurları çoxdan geridə qoyublar.