Dünyada Atatürkün izləri: Adını daşıyan şəhərlər və abidələr


Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı yalnız Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində də küçə, meydan, park, məktəb və abidələrdə yaşadılır.

Sherg.az təqdim edir:

Yeni Dehli -Hindistan

Hindistanın paytaxtında şəhərin ən işlək küçələrindən biri Mustafa Kamal Atatürk Marg adlanır.

Sidney -Avstraliya

Hyde Parkda Atatürk abidəsi yerləşir. Abidədə Çanaqqala döyüşlərində həlak olan ANZAK əsgərlərinin analarına ünvanlanan məşhur məktubundan sözlər yer alır.

Buxarest - Rumıniya

Şəhərdə Mustafa Kamal Atatürk Meydanı və meydandakı Odeon Teatrının qarşısında Atatürk büstü var. Abidədə “Türkiyə Cümhuriyyətinin qurucusu” və “Yurdda sülh, dünyada sülh” ifadələri yazılıb.

Havana - Kuba

Havanadakı Plaza de Armas parkında Atatürk heykəli ucaldılıb. Heykəl 2011-ci ildə hazırlanıb və üzərində “Yurdda sülh, cahanda sülh” ifadəsi yer alır.

Budapeşt - Macarıstan

Şəhərdə Naphegy parkında Atatürkün büstü yerləşir. Abidənin macarlar tərəfindən Atatürkə olan heyranlıq səbəbilə hazırlandığı bildirilir.

Yehud - İsrail

Yehud şəhərində Atatürk abidəsi 2007-ci ildə açılıb. Abidədə Türkiyə və Atatürkə minnətdarlığı ifadə edən sözlər yer alır.

Skopye -Şimali Makedoniya

Şəhərdə Atatürkün adını daşıyan küçə, həmçinin Qostivar ərazisində Mustafa Kamal Atatürk adına məktəb fəaliyyət göstərir.

Rotterdam - Niderland

Şəhərdə “Atatürkstraat” adlı küçə var. Küçə nişanında Atatürkün Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti olduğu qeyd edilir.

Santyaqo - Çili

Şəhərdəki parklardan birində Atatürk relyefi yerləşir. Abidədə onun liderliyi, qəhrəmanlığı və sülh idealları vurğulanır.

Roma - İtaliya

Romada Mustafa Kemal Atatürkün adını daşıyan bulvarla yanaşı, onun şərəfinə abidə də ucaldılıb. Abidədə “Yurdda sülh, dünyada sülh” ifadəsi italyan dilində yazılıb.

Bakı - Azərbaycan

Bakıda Atatürkün adı park, məktəb və büstlə yaşadılır.

Mexiko - Meksika

Atatürk abidəsi 2003-cü ildə Mexikoda açılıb və şəhərin Reforma prospektində yerləşir.

Vaşinqton – ABŞ

Atatürkün vəfatının 75-ci ildönümündə, 2013-cü ildə Vaşinqtonun Sheridan Circle meydanında heykəli ucaldılıb.

Vellinqton – Yeni Zelandiya

Tarakena körfəzində Atatürk abidəsi yerləşir. Ərazinin Gelibolu yarımadasına bənzəməsi abidənin burada ucaldılmasının səbəblərindən biri kimi göstərilir.

Dakka – Banqladeş

Banqladeşin paytaxtında uzun küçələrdən biri “Kemal Atatürk Avenue” adlanır.

Amsterdam – Niderland

Şəhərdə Atatürk abidəsi yerləşir. Abidədə holland və türk dillərində sülh, birlik və həmrəyliklə bağlı ifadələr yer alır.

Astana - Qazaxıstan

İşil çayının sahilindəki parkda Atatürk heykəli var. Heykəl 2009-cu ildə açılıb.

Bişkek - Qırğızıstan

Şəhərdə 1995-ci ildə parklardan birinə Atatürkün adı verilib, 2015-ci ildə isə burada onun heykəli ucaldılıb.

Santo-Dominqo - Dominikan Respublikası

Paytaxtda küçələrdən biri Mustafa Kemal Atatürkün adını daşıyır.

Vaakayama - Yaponiya

Kuşimoto qəsəbəsindəki Türk Muzeyində Atatürk heykəli yerləşir. Heykəldə onun imzası və “Yurdda sülh, dünyada sülh” ifadəsi yer alır.

Lima - Peru

Perunun paytaxtında Atatürk büstü yerləşir.

Albani - Avstraliya

Şəhərdə dəniz kənarında 4,5 metr hündürlüyündə Atatürk heykəli və Atatürk parkı var. Albani ilə Gelibolu 2003-cü ildə qardaş şəhər elan edilib.

Aşqabad – Türkmənistan

Türkmənistanın paytaxtında Atatürk Meydanı və Atatürk heykəli yerləşir.

Vrotslav – Polşa

Şəhərdə peşə məktəblərindən birinə Mustafa Kamal Atatürkün adı verilib.

Vize – Belçika

Şeratt qəsəbəsində küçələrdən biri “Place Ataturk” adlanır. Küçənin adı 2003-cü ildə dəyişdirilib.

Karlovı Varı - Çexiya

Atatürk Birinci Dünya müharibəsi zamanı burada müalicə olunub və Rudolfs Hof pansionunda qalıb. Hazırda binada onun burada yaşamasını xatırladan lövhə var.

Kabil - Əfqanıstan

Kabildə 1991-ci ildə Türkiyə ilə Əfqanıstan arasında əldə olunan razılaşma əsasında uşaq xəstəxanası yaradılıb və ona Atatürk Uşaq Xəstəxanası adı verilib.

Beləliklə, Atatürkün adı və xatirəsi Asiyadan Avropaya, Amerikadan Avstraliyaya qədər dünyanın müxtəlif şəhərlərində küçə, park, məktəb və abidələrdə yaşadılır.