Dünyanın ən böyük Yeni il ağacı bəzədildi

İngiltərənin şimal-şərqində yerləşən Cragside ərazisindəki 45 metr hündürlüyündə, 150 illik sekvoyya ağacı dünyanın ən uzunömürlü Yeni il ağacı kimi bəzədilib.

Sherg.az xəbər verir ki, bəzədilmə işi nəhəng kranın köməyi ilə iki gün çəkib. Ağac 1 320 LED işıq, iki böyük lentlə bəzədilib və enerjiyə qənaət üçün gündə yalnız bir neçə saat işıqlandırılır. Layihə Guinness Dünya Rekorları meyarlarına uyğun həyata keçirilib və ağac National Trust tərəfindən qorunur.