Dünyanın ən sirli kitabı: "Voyniç manuskripti"nin 500 illik açılmayan şifrəsi

Bu əlyazma sanki oxunmaq üçün yazılmayıb: nə dili məlumdur, nə də istifadə olunan hərflər. Artıq beş yüz ildən çoxdur ki, heç bir alim bu yazının sirrini aça bilmir.

Əlyazmanın səhifələrində bizə tanış olmayan bitkilər, ulduza bənzər simvollar, qəribə sxemlər və su içində təsvir olunmuş çılpaq qadın fiqurları yer alır.

Bu kitab "Voyniç manuskripti" adlanır. Əlyazma XV əsrin əvvəllərində perqament üzərində yazılıb. Radiokarbon analizləri onun XV əsrin əvvəllərinə, təxminən 1400-cü illərə aid olduğunu göstərir.

Baku TV-nin araşdırmasına görə, mətn bir neçə bölmədən ibarətdir. Burada bitkilər, səma cisimləri, bürclər və su ilə müalicəni xatırladan təsvirlər mövcuddur. Rəsmlər sistemli şəkildə tərtib edilib, lakin onların mənası hələ də qaranlıq qalır.